Serbiyalı tennisçi ölkəni tərk etmək istəyir  

Serbiyalı tennisçi ölkəni tərk etmək istəyir  

Həyatı Serbiya ilə bağlı olan tennisçi Novak Cokoviç özünə yeni vətəndaşlıq almağa qərar verib.

Olimpnews.az "Corriere Della Sera"ya istinadən xəbər verir ki, o, ailəsi ilə birlikdə Yunanıstana köçmək istəyir. Cokoviç ən azı 250 min avro dəyərində daşınmaz əmlaka sərmayə qoyuluşu müqabilində Yunanıstanda yaşamaq hüququnu təmin edən “Qızıl viza” proqramına müraciət etmək niyyətindədir. Yayılan məlumata görə, onun Serbiyadan getməsinin səbəbləri sırf siyasi məsələ ilə bağlıdır.