Daha bir boksçumuz Avropa çempionatının yarımfinalında 

Daha bir boksçumuz Avropa çempionatının yarımfinalında 

Azərbaycan millisinin daha bir boksçusu Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, Nəsrin Abdullazadə 1/4 finalda Esila Yıldırıma (Türkiyə) qalib gəlib.

40 kq-da mübarizə aparan milli üzvü 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbəyə sevinib. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib.

Abdullazadə finala vəsiqə uğrunda Elliemay Feterstonla (İrlandiya) döyüşəcək. Görüş oktyabrın 23-də gerçəkləşəcək.

Qeyd edək ki, 32 ölkədən 369 boksçunun qatıldığı Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.