Azərbaycan cüdoçusu Aydan Vəliyeva Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Olimpnews.az xəbər verir ki, təmsilçimiz üçüncü yer uğrunda görüşdə özbəkistanlı Muxayyo Axmatovaya qalib gəlib.
Xatırladaq ki, daha əvvəl digər cüdoçumuz Könül Əliyeva (-48 kq) gümüş medal qazanmışdı.
Qeyd edək ki, görüşü Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və vitse-prezidenti Fərid Mansurov izləyiblər.


