Yüksək Liqada XV tura start verilir

Yüksək Liqada XV tura start verilir

Bu gün voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasında XV turun oyunlarına start veriləcək.

Olimpnews.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq.

Saat 16:00-da "Abşeron" "Murov Az Terminal"la üz-üzə gələcək. Saat 18:00-da isə "DH Volley" və "Gəncə" komandaları meydana çıxacaq.

Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq.

Qeyd edək ki, XV tura fevralın 27-də yekun vurulacaq.