Hidayət Heydərov: “Zəfər Günündə komandamıza ilk qızıl medalı qazandırmaq mənim üçün ikiqat bayramdır” - MÜSAHİBƏ
BOK
08.11.2025, 23:13
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandasına ilk qızıl medalı cüdo üzrə Avropa, dünya və Olimpiya çempionumuz Hidayət Heydərov qazandırdı. Mükafatlandırma mərasimindən sonra idmançımız sevinc təəssüratlarını Olimpnews.az saytı ilə bölüşdü. Hidatət Heydərovla müsahibəni oxucularımıza təqdim edirik.
- Hidayət, Zəfər Günündə qazandığın qələbə bu günü daha da mənalı etdi. Hansı hissləri keçirirsən? - Zəfər Günündə komandamıza VI İslam Həmrəyliyi Oyunlarının ilk qızıl medalını qazandırmaq mənim üçün ikiqat bayramdır. Çox gözəl hisslər keçirirəm. Hər rəqibə qarşı ciddi hazırlaşmışdım. Baxmayaraq ki, ilk iki görüşdə rəqiblərim nisbətən zəif idmançılar idi, amma mən hər bir görüşə final kimi baxıram. - Səni evdən ilk kim təbrik etdi? - Düzünü desəm, hələ telefona baxmağa imkan tapmamışam (gülümsəyir). - Son vaxtlar əvvəlki formanı bərpa etmisən. Amma Paris Olimpiadasından sonra bir qədər eniş dövrü keçirdin. Bu uğursuzqluqlar finalda sənə mənfi təsir etmədi? - Xeyr, final görüşlərində adətən çox rahat oluram. Əsas gərginliyi ilk görüşdə keçirirəm. Həmin psixoloji gərginliyi isə Meksikadakı yarışda aradan qaldırdım. Ona görə bu dəfə özümü çox rahat hiss edirdim. - Sən finallarda nadir hallarda məğlub olursan. Bu uğurlu seriyanı davam etdirmək mümkündürmü? - Təbii ki, məğlubedilməz idmançı yoxdur. Amma çalışacağam ki, bu seriya sona qədər davam etsin. Finallarda qalib gəlmək xüsusi hissdir və mən o hissi çox sevirəm. - Səni Azərbaycandan izləyən və dəstəkləyən milyonlarla azarkeşə nə demək istərdin? - Məni izləyən, mənə inanıb dəstək olan hər kəsə təşəkkür edirəm. Qələbələrimdə onların payı böyükdür. Sağ olun ki, hər zaman yanımdasınız.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AFFA tərəfindən bölgə hakimləri üçün maarifləndirici sessiya
12.05.2026, 22:49 Futbol
-
Stolüstü tennisçilər Daşkəndə yollanıblar
12.05.2026, 22:30 Tennis
-
Federasiya rəsmisinə növbəti etimad
12.05.2026, 22:27 Olimpiya dünyası
-
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim edib
12.05.2026, 20:41 Futbol
-
Final oyununun hakimi müəyyənləşdi
12.05.2026, 18:36 Futbol
-
Advokat milli komandaya qayıtdı
12.05.2026, 16:48 Futbol
-
"UFC Fight Night Baku" turnirinin bütün döyüşləri müəyyənləşdi
12.05.2026, 16:30 Əlbəyaxa döyüş növləri
-
Keçmiş UFC çempionu döyüşə hazırlaşır
12.05.2026, 16:11 Əlbəyaxa döyüş növləri
-
Fransa komandasının avtomobili qəzaya uğrayıb
12.05.2026, 15:38 Formula 1
-
Snuker əfsanəsi qocalmaq bilmir
12.05.2026, 15:04 Olimpiya dünyası
-
"Araz-Naxçıvan" braziliyalı futbolçu ilə müqaviləyə xitam verdi
12.05.2026, 14:37 Futbol
-
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin qalibləri mükafatlandırıldı
12.05.2026, 14:15 Velosiped
-
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin qalibi müəyyənləşdi
12.05.2026, 13:43 Velosiped
-
Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir
12.05.2026, 13:17 Gündəm
-
Portimaodan qızıl medal
12.05.2026, 12:32 Gimnastika
-
Millimiz Macarıstana təlim-məşq toplanışına yollanıb
12.05.2026, 11:55 Voleybol
-
Azərbaycan Kubokunda finala doğru: “Sabah” – “Zirə” : 31-ci duel
12.05.2026, 11:12 Futbol
-
Şahmatçılarıımız türkdilli ölkələr arasında açıq çempionatda iştirak edəcəklər
12.05.2026, 10:58 Şahmat
-
Dembele mövsümün ən yaxşı futbolçusu
12.05.2026, 10:41 Futbol
-
Ölkə üzrə yeni rekord
12.05.2026, 10:24 Su idman növləri
-
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb
12.05.2026, 09:44 Velosiped
-
Misli Premyer Liqası: Növbəti turun oyun cədvəli müəyyənləşdi
11.05.2026, 23:42 Futbol
-
"Barselona" Fliklə razılığa gəldi
11.05.2026, 23:37 Futbol
-
FIFA Dünya Kuboku üçün xüsusi analiz qrupu yaratdı
11.05.2026, 23:25 Futbol
-
"Barselona"dan çempionluq paradı - FOTO
11.05.2026, 23:09 Fotoqalereya
-
Pəhləvanlarımız Avropa çempionatının finalında
11.05.2026, 22:54 Güləş
-
Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
11.05.2026, 22:15 Taekvondo
-
Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar
11.05.2026, 21:57 Güllə atıcılığı
-
“Herta”nın gənc istedadı Dortmund yolunda
11.05.2026, 21:36 Futbol
-
Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib
11.05.2026, 20:35 Olimpiya dünyası
-
Beynəlxalq peşəkar MMA turnirində uğurlu nəticə
11.05.2026, 20:00 Olimpiya dünyası
-
Yelkənçilərimiz Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
11.05.2026, 16:54 Su idman növləri
-
U-16 millimiz UEFA İnkişaf Turnirindəki sonuncu oyununda da məğlub oldu
11.05.2026, 15:58 Futbol
-
Azərbaycan atıcılarından Avropa çempionatında möhtəşəm uğur
11.05.2026, 15:48 Güllə atıcılığı