Astarada şahmat turniri keçirilib

Astarada şahmat turniri keçirilib

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı və Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara Təhsil Sektoru və Astara Uşaq-Gənclər İdman məktəbinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.

Olimpnews.az xəbər verir ki, turnir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması və ulu öndər Heydər Əliyevin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanıb.
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara Təhsil Sektorunun müdiri Xədicə Əliyeva çıxışlarında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, ulu öndər Heydər Əliyevin Vətən, xalq qarşısında  misilsiz xidmətindən söz açıb, ümummilli liderin layiqli davamçısı, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən ətraflı danışıblar. Həmçinin natiqlərin çıxışlarında belə yarışların təşkilinin əhəmiyyəti də vurğulanıb. 
20 şahmatçının qələbə uğrunda mübarizə apardığı turnirdə I, II və III yerlərin qaliblərinə YAP Astara rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr, diplomlar verilib.
Məlumat üçün onu da deyək ki, Astara Rayon Heydər Əliyev Mərkəzi, Astara Rayon Mərkəzi Xəstəxanası və Astara Pedaqoji Kollecinin iştirak etdiyi tədbirin sonunda xatirə şəkli çəkdirilib.