Azərbaycan çempionatının ilk günündə bir qrup şəxsə dan dərəcələri təqdim edildi 

Azərbaycan çempionatının ilk günündə bir qrup şəxsə dan dərəcələri təqdim edildi 

Dekabrın 5-də Bakı İdman Sarayında cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatına start verilib.

Olimpnews.az xəbər verir ki, yarışların ilk günündə Dan dərəcələri üzrə təltifetmə mərasimi keçirilib. Final görüşlərindən əvvəl təşkil olunan mərasimdə Azərbaycan cüdosunun inkişafına verdiyi töhfə, göstərdiyi dəstək və fədakarlığa görə "AZMAN" Holdinqin mətbuat meneceri Xanlar Məmmədova fəxri V dan dərəcəsi təqdim edilib. Bundan başqa mərasimdə Azərbaycan İdman Akademiyası və Azərbaycan Cüdo Federasiyasının birgə cüdo ixtisasında təhsil alan tələbələrin peşəkar inkişafı ilə əlaqədar birgə əməkdaşlıq fəalliyətlərində aktiv iştirak edən 8 nəfər III kurs tələbəsi isə I dan dərəcəsinə layiq görülüb.

Qeyd edək ki, cüdo üzrə Azərbaycan çempionatına dekabrın 7-də qarışıq komanda yarışları ilə yekunlaşacaq. 

 

Azərbaycan çempionatının ilk günündə bir qrup şəxsə dan dərəcələri təqdim edildi  Azərbaycan çempionatının ilk günündə bir qrup şəxsə dan dərəcələri təqdim edildi  Azərbaycan çempionatının ilk günündə bir qrup şəxsə dan dərəcələri təqdim edildi  Azərbaycan çempionatının ilk günündə bir qrup şəxsə dan dərəcələri təqdim edildi