"Liverpul"un misirli hücumçusu Məhəmməd Salah İngiltərəni tərk etmək istəyir. Baş məşqçi Arne Slotun işindən narazı qalan futbolçu Səudiyyə Ərəbistanı Premyer Liqasından təklif alıb. "Caught Offside" saytının məlumatına görə, "Əl-Hilal" və "Əl-İttihad" 33 yaşlı misirli hücumçu üçün qış transfer pəncərəsində təklif göndərəcək. Transfer qiyməti 80-100 milyon avro arasında dəyişən Salahın "qırmızılar"la hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.
Salah "Liverpul"dan gedəcək?


