Azərbaycan İdman Veteranları İctimai Birliyi 2025-ci ilin yekun tədbirini keçirib
Olimpizm xəbərləri
24.12.2025, 16:38
Dekabrın 24-də Azərbaycan İdman Akademiyasının (AİA) akt zalında Azərbaycan İdman Veteranları İctimai Birliyinin 2025-ci il üzrə yekun hesabat tədbiri keçirilib.
Olimpnews.az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Fərid Mansurov, MOK-un baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri, Olimpiya çempionu Zemfira Meftaxedinova, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, millət vəkili Könül Nurullayeva, MOK-un İcraiyyə Komitəsinin üzvləri, Olimpiya çempionları, idman veteranları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İctimai Birliyin ilin yekunlarına həsr olunmuş hesabat tədbirində gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, idman veteranlarının Azərbaycan idmanının formalaşmasında və inkişafında xüsusi rol oynadığını bildirib. Nazir vurğulayıb ki, bu dəyərli irsin qorunması və veteranların təcrübəsinin gənc idmançılara ötürülməsi dövlətin idman siyasətinin əsas prioritetlərindəndir. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmanının fəxri sayılan idman veteranlarını il ərzində qazanılan nailiyyətlər, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəlik günü və Yeni il münasibəti ilə təbrik edib. Vitse-prezident bildirib ki, ölkə idmanının ən böyük uğurlarından biri məhz zəngin təcrübəyə və nümunəvi həyat yoluna malik idman veteranlarının olmasıdır. Çıxışında Azərbaycan İdman Veteranları İctimai Birliyinin fəaliyyətinə də toxunan Çingiz Hüseynzadə Zemfira Meftaxetdinovanın sədr seçilməsindən sonra qurumun fəaliyyətində ciddi inkişaf və canlanma müşahidə olunduğunu vurğulayıb. MOK-un vitse-prezidenti qeyd edib ki, Azərbaycan idmanının gələcək inkişafı baxımından idman veteranlarının yubileylərinin keçirilməsi, onların zəngin təcrübəsinin gənc nəslə aşılanması və gənclərin bu cür tədbirlərdə fəal iştirakının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri, Olimpiya çempionu Zemfira Meftaxetdinova isə çıxışında qeyd edib ki, rəhbəri olduğu qurum qısa zaman ərzində böyük uğurlar əldə edib. O, qeyd edib ki, idman veteranlarının təcrübə və məsləhətlərinə hər zaman böyük ehtiyac duyulur. Qurum rəhbəri onu da diqqətə çatdırıb ki, Azərbaycan İdman Veteranları İctimai Birliyi növbəti illərdə də daha böyük layihələr və tədbirlər keçirməyi qarşıya məqsəd qoyub.
Millət vəkili Könül Nurullayeva çıxışında Azərbaycan idmanının qazandığı nailiyyətlərdən söz açaraq qeyd edib ki, dövlət başçısı cənab İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğısı nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Cənab Prezidentin hər zaman idmançıların və idman ictiamiyyətinin nümayəndələrini diqqətdə saxladığını vurğulayan Könül Nurullayeva idman veteranlarının da bu qayğıdan kənarda qalmadıqlarını deyib. İlin son hesabat tədbirində iştirak edən digər idman rəsmiləri öz çıxışlarında qurumun fəaliyyətini yüksək qiymətləndirib və bu işdə idman veteranlarına uğurlar arzulayıblar. Tədbirdə çıxışlar başa çatdıqdan sonra Azərbaycan İdman Veteranları İctimai Birliyi il ərzində fərqlənən federasiyalara və idman veteranlarına təşəkkürnamə və fəxri fərman təqdim edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
«Ən çox sevdiyim iş çörək bişirməkdir»
12.08.2026, 19:30 Formula 1
-
“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib
12.08.2026, 18:23 Olimpiya dünyası
-
Argentinalı pilota ziyan vurublar
12.08.2026, 17:50 Formula 1
-
“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir
12.08.2026, 16:50 Futbol
-
Yardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar
12.08.2026, 16:42 Olimpiya dünyası
-
“Barselona” Lautaro Martinezi transfer siyahısına saldı
12.08.2026, 15:23 Futbol
-
"Mercedes" sürücüsü subaylıqla vidalaşır
12.08.2026, 15:01 Formula 1
-
"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
12.08.2026, 14:36 Futbol
-
AMADA voleybolçular üçün maarifləndirici tədbir keçirib
12.08.2026, 14:22 AMADA
-
"Şəfa" 4 futbolçu ilə müqavilə imzalayıb
12.08.2026, 14:06 Futbol
-
Lənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış
12.08.2026, 13:52 Olimpiya dünyası
-
Sennanın avtomobili satışa çıxarılıb
12.08.2026, 13:39 Formula 1
-
“Barselona” yeni mövsümün üçüncü formasını təqdim etdi
12.08.2026, 13:01 Futbol
-
Duşan Vlahoviç “Beşiktaş”la razılaşdı
12.08.2026, 12:45 Futbol
-
“İdman hamı üçün” kütləvi açıq idman tədbiri keçirilib
12.08.2026, 12:12 Olimpiya dünyası
-
Pilotların yay tətili bir illüstrasiyada yer alıb
12.08.2026, 11:51 Formula 1
-
"Korintians" Memfis Depayla yollarını ayırdı
12.08.2026, 11:41 Futbol
-
Roberto Martinez Niderland millisinin baş məşqçisi ola bilər
12.08.2026, 11:17 Futbol
-
Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək
12.08.2026, 11:01 Futbol
-
Monako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir
12.08.2026, 10:48 Futbol
-
Kriştianu Ronaldo və Corcinya Rodriges evləndi
12.08.2026, 10:29 Futbol
-
Bayer Leverkusen növbəti transferini rəsmiləşdirdi
12.08.2026, 10:10 Futbol
-
"Sabah"ın rəqibi müəyyənləşdi
12.08.2026, 00:12 Futbol
-
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin edib
11.08.2026, 22:36 Futbol
-
Çempionlar Liqası: "Sabah" pley-offa vəsiqə qazandı
11.08.2026, 22:00 Gündəm
-
Horadizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
11.08.2026, 21:07 Olimpiya dünyası
-
Belçikalı ulduz futbolçu "Fənərbağça"da
11.08.2026, 13:43 Futbol
-
Çempionlar Liqası: "Sabah" Bakıda Danimarka klubu ilə qarşılaşacaq
11.08.2026, 10:27 Futbol
-
Atletimiz Azərbaycan rekordunu yeniləyib
11.08.2026, 10:13 Atletika
-
Bakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb
10.08.2026, 20:46 Cüdo
-
"More than medals" layihəsinin yubileyi münasibətilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilib
10.08.2026, 20:09 Güləş
-
Güləşçilərimiz Buxarestdə 5 medal qazanıblar
10.08.2026, 19:16 Güləş
-
Azərbaycan komandası U-19 Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
10.08.2026, 17:18 Boks
-
"Zirvəni fəth et"
10.08.2026, 12:48 Olimpiya dünyası