"Barselona" İspaniya Superkubokunun ilk finalçısı oldu

"Barselona" İspaniya Superkubokunun ilk finalçısı oldu

Futbol üzrə İspaniya Superkubokunda ilk finalçının adına aydınlıq gəlib. 

Olimpnews.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhəridə keçirilən yarımfinal oyununda "Barselona" klubu Bilbao "Atletik"ini böyük hesabla məğlub edib -5:0. Katalonların heyətində Ferran Torres (22), Fermin Lopes (30), Runi Barji (34) və Rafinya (38, 52) fərqlənib. Hans Flikin komandası finalda bu gün keçiriləcək "Real" - "Atletiko" oyunundan sonra müəyyənləşəcək. Turnirin final oyunu yanvarın 11-də təşkil olunacaq.