“Azərbaycan Güləş Federasiyası ölkə miqyaslı ən yaxşı çempionatı təşkil etdi”
Olimpizm xəbərləri
12.01.2026, 20:25
1978-ci ildən etibarən müxtəlif statuslarda rayon səviyyəsindən Olimpiya miqyasınadək minlərlə idman yarışında iştirak etmişəm. 48 il əvvəl yeniyetmə güləşçi kimi qədəm qoyduğum bu prosesdə sonradan hakim kimi ölkə, qitə, dünya çempionatlarında və nəhayət, Olimpiya Oyunlarında hakimlik etmişəm. Təvazökarlıqdan uzaq olsa da qeyd etməliyəm ki, 50-dən artıq ölkənin təşkilatçılığı ilə baş tutan saysız-hesabsız qlobal idman tədbirlərinin iştirakçısı kimi həm də idman yarışlarının keyfiyyət əmsalını qiymətləndirən peşəkar mütəxəssislərdənəm. Sonradan artıq idman sahəsində nəzəriyyəçi və pedaqoq kimi fəaliyyətimdə, fəlsəfə doktoru kimi elmi araşdırmalarımda və hazırda bitirmə üzrə olduğum elmlər doktorluğu üzrə tədqiqatlarımda idman yarışlarının hazırlanmasının institusional əsaslarını qlobal məcrada dəyərləndirirəm. Sözün düzü, əksərən xarici dövlətlərdə yarışlar bitdikdən sonra ürəyimdə bir azərbaycanlı hakim kimi qibtə də etmişəm ki, bu tədbir səviyyəsində ölkəmizdə də çempionat keçirilməlidir. Son onillikdə bu sahədə ölkəmizdə inqilabi dəyişikliklər baş verib. Möhtərəm cənab Prezidentimizin şəxsi nəzarəti və hörmətli Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə keçirilən xeyli idman yarışı yüksək hazırlıq səviyyəsinə görə dünya idman salnaməsinə örnək model kimi həkk olunub. Avropa və İslam Həmrəyliyi Oyunları, müxtəlif idman sahələri üzrə dünya, qitə çempionatları bu qəbildəndir. Həmişə arzu etmişəm ki, bu yüksək səviyyə və göstərici rayon və ölkə miqyaslı yarışlarda da özünü təsdiqləsin. Açıq etiraf edim, bəzən ölkə miqyaslı elə tədbirlərin iştirakçısı olurdum ki, onların sadəcə simvolik mənada keçirildiyini görür və çox təəssüf edirdim. Ancaq indi qürurla deyə bilərəm ki, bu məqsədə nail olmaq üzrəyik. 7-11 yanvar 2026-cı il tarixlərində Azərbaycan Güləş Federasiyası tərəfindən keçirilən yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı sözün həqiqi mənasında, məni həm təəcübləndirdi, həm də heyrətləndirdi. Yuxarıda qeyd etdiyim kimi, 50-dən artıq xarici ölkədə minlərlə idman yarışında hakim olaraq iştirak etmişəm. Son Azərbaycan çempionatını isə onların ən yaxşıları miqyasında gördüm. Hazırlaqlar ən yüksək səviyyədə aparılmış, tədbirin keçirildiyi infrastrukturun və məkanın ümumi potensialı ən yaxşı göstəricilərə uyğunlaşdırılmışdır. Çempionatın bütün mərhələlərində müasirlik, yüksək zövq, rahat fəaliyyət üçün yaradılan münbit şərait özünü aydın büruzə verirdi. Bu yarışla bağlı məni sevindirən, ürəyimə fərəh gətirən onlarla belə fakt var ki, onları da bura əlavə etmək istərdim. Amma onların hamısını ümumiləşdirərək, tam məsuliyyətimlə deyirəm ki, Azərbaycan Güləş Federasiyası ölkə miqyaslı ən yaxşı çempionatı təşkil etdi. İndiyədək beləsi olmamışdı, əminəm ki, bu təcrübə əsasında bundan sonrakılar daha yaxşı olacaq. Ölkə və dünya idman hərəkatında təxminən 50 ilə yaxın fəaliyyət göstərmiş, minlərlə idman yarışında, o cümlədən üç Yay Olimpiya Oyununda hakimlik etmiş bir mütəxəssis kimi bu cür yüksək səviyyəli hazırlığın böyük zəhmət və peşəkarlıq hesabına mümkün olduğunu yaxşı anlayıram. Bu illər ərzində qazandığım zəngin təcrübəni bu gün nəzəriyyəçi alim və pedaqoq kimi elmi araşdırmalarımda və gənc idmançıların yetişdirilməsində tətbiq edirəm. Ölkə çempionatını az qala dünya çempionatı səviyyəsində peşəkar və keyfiyyətli hazırlayan Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. Federasiyamızın hörmətli Prezidenti cənab Mikayıl Cabbarovun şəxsi nəzarəti, birbaşa rəhbərliyi altında hazırlıq prosesi dünya standartlarına uyğun aparıldı. Güləş Federasiyasının hörmətli Baş katibi Pərvin Piriyevin gənc olmasına baxmayaraq, həm göstərilən etimadı belə şərəflə doğrultması, həm də işinin öhdəsindən layiqincə gəlməsi, nəticə etibarilə ölkənin ən yaxşı çempionatının keçirilməsini təmin etdi. Bu komandanın gördüyü hər işdə keyfiyyət göstəricisi ən üstün səviyyədə idi. Buraya idman yarışlarının hazırlanmasının əvvəldən sonadək bütün mərhələləri, keçirilən məkanın funksionallığı, idmançıların, qonaqların, izləyicilərin, medianın yerləşməsi, rahat fəaliyyəti, həmçinin emosiya və həyacanın ifadəsi, bir sözlə, «A-dan Z-yədək» hər şey daxildir. Demək, bizdə də artıq peşəkar idman təşkilatçıları, peşəkar idman menecerləri və vətənpərvər kadrlar var və onlar öz işlərinin öhdəsindən ləyaqətlə gəlirlər. Bu yüksək duyğular, razılıq hissi məndə qəti əminlik yaratdı ki, Azərbaycan Güləşinin də ən böyük inkişafı və intibahı hələ qarşıdadır. Məncə, Güləş Federasiyasının rəhbərliyi bu tarixi vəzifənin və çağırışın da öhdəsindən uğurla gələcək. Veteran idmançılar olaraq, bu missiyanın reallaşmasında həmişə olduğu kimi, bundan sonra da təcrübəmizi bölüşməyə daim hazırıq. Əsas odur ki, nəticə olsun. İlkin nəticə isə artıq var!
Hicran ŞƏRİFOV, Milli Olimpiya Komitəsinin Nəzarət-Təftiş Komissiyasının sədri, “Şöhrət” və “Olimpiya” Ordenli, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Əməkdar məşqçi
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Zirvəni fəth et"
Bugün, 12:48 Olimpiya dünyası
-
Məktəbli boksçularımız fəxri kürsüdə
Bugün, 11:00 Boks
-
Cüdoçularımız Almatıda təlim-məşq toplanışında iştirak edirlər
Bugün, 10:14 Cüdo
-
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurdular
Bugün, 00:51 Cüdo
-
Klublararası ölkə çempionatı yekunlaşdı
Bugün, 00:11 Voleybol
-
Qızlardan ibarət basketbol millimiz Şimali Makedoniyaya qalib gəlib
07.08.2026, 14:39 Basketbol
-
Cüdoçularımız üçün dünya çempionatı öncəsi seminar keçirilib
07.08.2026, 13:36 Cüdo
-
"Tottenhem" Miki van de Venlə yeni müqavilə üzrə razılığa gəlib
07.08.2026, 13:17 Futbol
-
Lui van Qal xərçəngə qalib gəldi
07.08.2026, 12:45 Futbol
-
Bədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb
07.08.2026, 12:23 Gimnastika
-
Azərbaycanlı tədqiqatçı Ankarada beynəlxalq elmi konqresdə məruzə ilə çıxış edib
07.08.2026, 12:05 Olimpiya dünyası
-
"Barselona"dan Rodri üçün transfer təklifi
07.08.2026, 11:53 Futbol
-
"Lids Yunayted" tarixinin ən bahalı transferini reallaşdırdı
07.08.2026, 10:38 Futbol
-
Paytaxtımız beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək
07.08.2026, 10:23 Gündəm
-
"Qarabağ" Kiyev səfərindən məğlubiyyətlə qayıdır
06.08.2026, 23:12 Futbol
-
"Kürü keçək?! 5" yarışında iştirakçı sayı 616 nəfərə çatdı
06.08.2026, 15:41 Su idman növləri
-
"Turan Tovuz" serbiyalı müdafiəçi Filip Damyanoviçi transfer edib
06.08.2026, 15:24 Olimpiya dünyası
-
"More Than Medals World" layihəsinə start verilib
06.08.2026, 12:54 Olimpizm xəbərləri
-
Olimpiya çempionunun atası vəfat edib
06.08.2026, 12:46 Cüdo
-
"Qarabağ" Konfrans Liqasında Danimarka klubu ilə qarşılaşacaq
06.08.2026, 12:25 Futbol
-
Cüdoçularımız dünya çempionatında iştirak edəcəklər
06.08.2026, 10:17 Cüdo
-
"Sabah" Danimarka səfərindən məğlubiyyətlə qayıdır
05.08.2026, 23:23 Futbol
-
FIFA U-15 və U-20 dünya çempionatlarına hazırlıq üzrə Təşkilat Komitəsinin iclası baş tutub
05.08.2026, 22:25 Gündəm
-
Qusarda güləşin dostluq körpüsü
04.08.2026, 12:22 Güləş
-
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının püşkü atılıb
03.08.2026, 22:00 Voleybol
-
Olimpiya mükafatçımız Azərbaycan idmançılarının reytinq siyahısında liderliyini qoruyub
03.08.2026, 20:00 Olimpizm xəbərləri
-
Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
03.08.2026, 18:40 Gimnastika
-
Qadın velosipedçimiz Çində qələbə qazanıb
03.08.2026, 17:25 Velosiped
-
"Sabah"ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib
03.08.2026, 17:06 Futbol
-
Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşdi
03.08.2026, 16:58 Futbol
-
Qusarda Respublika Şahmat Olimpiadasına start verilib
03.08.2026, 16:35 Şahmat
-
Fərid Qayıbov ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb
03.08.2026, 16:30 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
03.08.2026, 14:50 Cüdo
-
"Sabah"ın Çempionlar Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib
03.08.2026, 14:32 Futbol