IV Avropa Oyunları üzrə AOK Koordinasiya Komissiyasının ilk iclası keçirilib
BOK
21.01.2026, 11:37
2027-ci ildə keçiriləcək IV Avropa Oyunları üzrə AOK Koordinasiya Komissiyası, AOK İcraiyyə Komitəsinin üzvü və Rumıniya Milli Olimpiya Komitəsinin Prezidenti Mixay Kovaliunun sədrliyi ilə İstanbulda keçirilən iclas uğurla başa çatıb. Yanvarın 14-15-də Türkiyənin İstanbul şəhərində keçirilən rəsmi iclasda AOK prezidenti Spiros Kapralos, AOK-un baş katibi Karlo Mornati, Türkiyə Respublikasının gənclər və idman naziri Osman Aşkın Bak, İstanbulun meri vəzifəsini icra edən Nuri Aslan, Türkiyə Milli Olimpiya Komitəsinin prezidenti Ahmet Gülüm, İstanbul 2027 Avropa Oyunları Təşkilat Komitəsinin prezidenti professor doktor Vəli Ozan Çakır və Avropa Oyunlarının təşkili prosesinə töhfə verəcək önəmli nümayəndələr iştirak ediblər. İclasın ilk günüdə AOK Koordinasiya Komissiyasının üzvlərinə, İstanbulun gələn il Avropanın ən yaxşı idmançılarını qitənin ən böyük çoxnövlü idman tədbirində qəbul etməyə hazırlaşdığı bir vaxtda, hazırlıq işlərinin ümumi vəziyyəti ilə bağlı hesabat təqdim olunub. Həmçinin büdcə, Avropa Oyunlarının baş planı, İstanbulun təqdim etdiyi təsiredici infrastruktur və idmançılara 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı verəcək idman proqramı müzakirə edilib. Bu idman proqramı 2026-cı ilin sonlarında təsdiqlənəcək. İclasın ikinci günündə İstanbul ətrafındakı idman obyektlərinə və Atletlər Kəndlərinə baxış keçirilib. AOK Prezidenti Spiros Kapralos uğurlu səfərin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. “Bu, böyük idman şəhəri olan İstanbula ruhlandırıcı bir səfər oldu. Gördük ki, İstanbul Krakov–Malopolska 2023 Oyunlarının uğuru üzərində quraraq indiyədək keçirilmiş ən yaxşı Avropa Oyunlarına ev sahibliyi etmək üçün əla mövqedədir,” - deyə o bildirib. Komissiyanın sədri Mixai Kovaliu da İstanbul səfərini müsbət qiymətləndirib. O bildirib: “Bu, 2027-ci ildə keçiriləcək IV Avropa Oyunlarına hazırlıq prosesində mühüm mərhələ idi və Türkiyədəki tərəfdaşlarımızla artıq yüksək əməkdaşlıq və dostluq mühitinin formalaşmasından məmnunam”. Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak İstanbul 2027-nin Avropanı ruhlandırmaq gücünə tam inandığını vurğulayıb. Nazir Bak deyib: “İnanıram ki, İstanbul Avropa Oyunları idmanın birləşdirici gücünü, Avropanın ortaq dəyərlərini və Olimpiya ideallarını bu möhtəşəm şəhərdə nümayiş etdirəcək. 2027-ci ildə İstanbulda keçiriləcək Avropa Oyunları sadəcə bir idman tədbiri olmayacaq. Bu, Avropa idman hərəkatına yeni dinamika gətirən, idmanı mədəniyyətlə, şəhər həyatını isə Olimpiya dəyərləri ilə birləşdirən nümunəvi bir tədbir olacaq”. İstanbulun vəzifəsini icra edən meri Nuri Aslan Oyunların idman vasitəsilə ictimai sağlamlığın daha da gücləndirilməsinə töhfə verəcəyini qeyd edib. Nuri Aslan bildirib: “İstanbul-2027 Avropa Oyunları 2019-cu ildən başlayan və idmanı ictimai hüquq kimi formalaşdırmağı hədəfləyən yolun təbii mərhələsidir. Bu proses şəhərsalma və sosial inklüzivlikdən tutmuş uzunmüddətli irs layihəsinə qədər geniş miqyaslı bir təşəbbüsdür. Şəffaf və çoxşaxəli idarəetmə modeli əsasında həyata keçirilən bu proses İstanbul üçün öz potensialını nümayiş etdirmək baxımından strateji bir mərhələdir”. Türkiyə Milli Olimpiya Komitəsinin Prezidenti Ahmet Gülüm isə Türkiyənin böyük idman tədbirlərinə ev sahibliyi sahəsindəki təcrübəsini vurğulayıb. “O, sadəcə Avropa Oyunlarının növbəti buraxılışı olmayacaq. Bu, bütün Avropanın Türkiyənin təşkilati imkanlarını, idman infrastrukturunu və beynəlxalq ən yüksək standartlara uyğun çoxnövlü tədbirləri keçirmək bacarığını açıq şəkildə görəcəyi bir an olacaq,” - deyə A.Gülüm bildirib. İstanbul-2027 Koordinasiya Komissiyasının tam tərkibi 2025-ci ilin noyabr ayında təsdiqlənib. Komissiyada AOK İcraiyyə Komitəsinin üzvləri, Milli Olimpiya Komitələrinin, Avropa Federasiyalarının, AOK İdmançılar Komissiyasının nümayəndələri və digər ekspertlər yer alır. AOK həmçinin Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyi ilə Ev Sahibi Ölkə Sazişi imzalayıb ki, bu da Avropa Oyunlarının 4-cü buraxılışının yüksək səviyyədə keçirilməsi üçün bütün tərəflərin tam öhdəliyini təsdiqləyir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Klublarımızın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi
20.07.2026, 18:27 Gündəm
-
Qazaxda avarçəkmə tədbiri təşkil olunacaq
20.07.2026, 15:56 Su idman növləri
-
Qazaxda velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək
20.07.2026, 14:31 Velosiped
-
Hacı Əliyev: "Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm"
20.07.2026, 13:36 Müsahibə
-
Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək
20.07.2026, 13:13 Cüdo
-
Sofiyadan 4 medal
20.07.2026, 12:56 Su idman növləri
-
Üzgüçülərimiz Gürcüstanda 25 medal qazanıblar
20.07.2026, 12:38 Su idman növləri
-
İdmançımız Minskdə bürünc mükafat qazanıb
20.07.2026, 12:22 Su idman növləri
-
Avarçəkənlərimiz Avropa çempionatında iştirak edəcəklər
20.07.2026, 12:11 Su idman növləri
-
Mbappa dünya çempionatlarının ən çox qol vuran oyunçusu oldu
20.07.2026, 08:56 Futbol
-
İspaniya millisinə dünya kuboku təqdim edildi
20.07.2026, 02:54 Gündəm
-
DÇ-2026-nın ən yaxşıları müəyyənləşib
20.07.2026, 02:48 Futbol
-
İspaniya millisi tarixində ikinci dəfə dünya çempionu oldu
20.07.2026, 02:10 Gündəm
-
“Mercedes”in italiyalı pilotu Belçika Qran-Prisinin qalibi oldu
20.07.2026, 00:20 Formula 1
-
Dünya çempionlarına xüsusi üzük veriləcək
17.07.2026, 11:29 Futbol
-
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
17.07.2026, 11:01 Futbol
-
Azərbaycanın UEFA reytinqindəki əmsalı artıb
17.07.2026, 10:12 Futbol
-
Avropa Liqası: "Qarabağ" növbəti mərhələdə
17.07.2026, 01:57 Gündəm
-
Güləşçimiz Macarıstanda da çempion oldu
17.07.2026, 00:05 Gündəm
-
Bakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
16.07.2026, 23:24 Olimpiya dünyası
-
"Judo Club 2012"nin cüdoçuları region birinciliyində uğurla çıxış ediblər
16.07.2026, 22:12 Cüdo
-
"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
16.07.2026, 21:56 Futbol
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib
16.07.2026, 14:44 Cüdo
-
Sofiyada gümüş medal
16.07.2026, 14:43 Su idman növləri
-
Rəşad Rəsullu: "Dünya çempionatı komandamızın hazırkı səviyyəsini qiymətləndirmək baxımından böyük əhəmiyyət daşıyır"
16.07.2026, 13:19 Cüdo
-
Cüdo üzrə dünya ulduzları Bakıya gələcək
16.07.2026, 13:08 Cüdo
-
Dünya çempionatında 90-a yaxın ölkədən 600-dən çox cüdoçunun iştirak edəcəyi gözlənilir
16.07.2026, 12:56 Cüdo
-
Rəşad Rəsullu: "İndiyədək 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə edib"
16.07.2026, 12:40 Cüdo
-
Rəşad Rəsullu: "Məqsədimiz bu dünya çempionatını ən yüksək səviyyədə təşkil etməkdir"
16.07.2026, 12:32 Cüdo
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
16.07.2026, 10:54 Güləş
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
16.07.2026, 10:25 Su idman növləri
-
"Qarabağ" Avropa Liqasında cavab oyununa çıxır
16.07.2026, 10:05 Futbol
-
Argentina möhtəşəm geridönüşlə dünya çempionatının finalında
16.07.2026, 01:10 Gündəm
-
Dünya çempionatının növbəti finalçısı müəyyənləşir
15.07.2026, 10:06 Futbol