"Barselona" klubu İspaniya Kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Olimpnews.az xəbər verir ki, "Kataloniya" təmsilçisi "Albasete" klubunu 2:1 hesabı ilə məğlub edərək bu hüquqa yiyələnib.
Hans-Diter Flikin komandasının heyətində Lamin Yamal (39), Ronald Arauxo (56) vurub. "Albasete"nin heyətində isə yeganə qolu 87-ci dəqiqədə Moreno vurub.


