Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə qapalı məkanda atletika üzrə ölkə çempionatı keçiriləcək.
Bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Yarış fevralın 6-7-də Bakı Atletika Mərkəzində təşkil olunacaq.
Turnirdə paytaxtla yanaşı, müxtəlif regionları təmsil edən ən güclü atletlər mübarizə aparacaqlar.
Qeyd edək ki, çempionatın rəsmi açılış mərasimi fevralın 6-da, saat 16:00-da keçiriləcək.


