52 yaşlı snoubordçu finala vəsiqə qazanıb

52 yaşlı snoubordçu finala vəsiqə qazanıb

Avstriya yığmasının heyətində yer alan 52 yaşlı snoubordçu Klaudiya Riqler paralel nəhəng slalom yarışlarında finala vəsiqə qazanıb.

Olimpnews.az xəbər verir ki, o, 1:35.43 nəticə ilə 16-cı yeri tutaraq, Olimpiya yarışlarının 1/8 finalına vəsiqə qazanan sonuncu idmançı olub. Bu məsafədə çexiyalı üçqat Olimpiya çempionu Ester Ledeçka bütün rəqiblərini qabaqlayıb - 1:30.79.
Məlumat üçün bildirək ki, Klaudiya Riqler Dünya Kubokunda debütünü 1994-cü ildə edib. O, dünya çempionu tituluna 2015-ci ildə 41 yaşında yiyələnib.