İsveçin biatlondakı antirekordu 32 ilə çatdı

İsveçin biatlondakı antirekordu 32 ilə çatdı

İsveçli biatlonçular Sebastian Samuelsson, Martin Ponsiluoma, Yesper Nelin və Viktor Brandt Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının fərdi biatlon yarışında medal qazana bilməyiblər .

Olimpnews.az xəbər verir ki, bununla da İsveçin Qış Olimpiadasında fərdi biatlon yarışlarında medalsızlıq seriyası 32 ilə çatıb.
Məlumat üçün bildirək ki, fərdi biatlon yarışları artıq yekunlaşıb. Norveçli Yohan-Olav Botn qızıl medala yiyələnib. Fransalı Erik Perraud ikinci, digər norveçli Sturla Holm Laeqreid isə fəxri kürsünü üçüncü pillədə tamamlayıb.