Olimpiya çempionunun İtaliyada bəxti gətirmədi

Olimpiya çempionunun İtaliyada bəxti gətirmədi

Pxençxan-2018-ci il Qış Olimpiya Oyunlarında sprint üzrə komanda yarışlarının çempionu, ikiqat dünya çempionu və dünya kubokunun qalibi amerikalı xizəkçi Cessika Diqqins İtaliyada yarış zamanı yıxılıb. 

Olimpnews.az xəbər verir ki, ikin müayinədən sonra onda qabırğa sınıqları aşkar olunub.
"Özümü o qədər gərgin hiss etmişəm ki, qabırğamdakı sınıqlar mənə sonradan məlum olub. Yıxılanda ağrı yox idi. Lakin bir neçə saatdan sonra ağrılar sərtləşdi. İkiqat dayaqla hərəkət etmək çox çətindir. İnanıram ki, zaman keçdikcə hər şey yaxşı olacaq", - deyə Nettavisen portalı Diqqinsdən sitat gətirib.