Serbiyanın Zrenyanin şəhərində keçiriləcək U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın açılışını sərbəst güləşçilər edəcəklər.
Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Vasif Xudiyev (86 kq), Ali Tsokayev (92 kq), Zəfər Əliyev (97 kq) və Yusif Dursunov (125 kq) xalçaya çıxacaq.
Daha sonra estafet qadın güləşinə keçəcək. Baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin tapşırıqlarını Əsmər Cankurtaran (50 kq), Nərgiz Səmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) uğurla yerinə yetirməyə çalışacaq.
Yarışın son günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçilər Sabah Şəriəti ilə Rəsul Cəzininin rəhbərliyi altında Fərid Sadıxlı (55 kq), Ayxan Cavadov (60 kq), İlkin Qurbanov (63 kq), Fərid Xəlilov (67 kq), Fəraim Mustafayev (72 kq), Rəvan Nuriyev (77 kq), Elmin Əliyev (82 kq), Səid Axundzadə (87 kq), Əli Quliyev (97 kq) və Ayxan Mərdənov (130 kq) ölkəmizi təmsil edəcək.
U23 Avropa çempionatında ədaləti I dərəcəli hakimlərimiz Vüqar Şükürov və Kamran Əliyev qoruyacaq.


