Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku”nu 45 medalla başa vurublar
Boks
07.05.2026, 18:07
Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2026” beynəlxalq turnirinə yekun vurulub.
Boks Mərkəzində keçirilən yarışda 8 ölkənin 185 idmançısı qüvvəsini sınayıb. Altı gün davam edən yarışda oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
Bu gün baş tutan final döyüşlərini Azərbaycan Boks Federasiyasının rəsmiləri, Olimpiya və dünya çempionatının mükafatçıları izləyiblər. Onlar mükafatlandırma mərasimində də iştirak ediblər.
Azərbaycan millisi turniri 45 medalla başa vurub. Vaqif Kazımovun baş məşqçisi olduğu oğlanlardan ibarət komandanın heyətində Aydın Şahbazov (44 kiloqram), Həsrət Məmmədov (46 kiloqram), Rüstəm Nəsibov (50 kiloqram), İsmayıl Nəsirzadə (52 kiloqram), Məhəmmədəli İstamov (57 kiloqram), Vəkil Qurbanov (63 kiloqram), Yusif Ağakişiyev (75 kiloqram) və Şükar Əliyev (80 kiloqram) çempion tituluna yiyələniblər.
Yalnız finalda uduzan İlhan Məmiyev (44 kiloqram), Sərxan Ağazadə (46 kiloqram), Nihad Məmmədli (48 kiloqram), Vaqif Məhəmmədli (50 kiloqram), Qardaş Rəhimov (52 kiloqram), Əli Camalzadə (57 kiloqram), Əli Abaslı (60 kiloqram) və Saleh Fərəcov (80 kiloqram) ikinci yerlə kifayətləniblər.
Digər boksçularımızdan Rəvan Həşimov (44 kiloqram), Yusif Hüseynov (46 kiloqram), Nizami Əliyev (48), Rəsul Babazadə, Sahib Baxışlı (hər ikisi 50 kiloqram), Mirtahir Əhmədli (52 kiloqram), Elcan Musazadə (54 kiloqram), Aydın Əliyev, Tunar Mehdiyev (hər ikisi 60 kiloqram), Yusif Məmmədli (66 kiloqram), Hidayət Məmmədov (70 kiloqram) və Mehran Rəsulov (+80 kiloqram) bürünc mükafat qazanıblar.
İlkin Ağayevin baş məşqçisi olduğu U-17 qız komandasının heyətində Aysel Fərəcova (46 kiloqram), Aydan İsmayıllı (48 kiloqram) və Səma Abbasova (66 kiloqram) turnirin qalibi adına yiyələniblər.
Yeganə Rəhimova (48 kiloqram), Fatimə Məmmədli (50 kiloqram), Cəmilə Muradlı (57 kiloqram), Rəmziyə Mirzəyeva (70 kiloqram) gümüş, Nəsrin Abdullazadə, Aysan Miriyeva (hər ikisi 46 kiloqram), Nurgül Ocaqova (48 kiloqram), Tunca Mürşüdova, Sima İsmayılova (hər ikisi 50 kiloqram), Alsu Yafarova (52 kiloqram), Nərmin Abdullazadə, Ayan Novruzlu (hər ikisi 54 kiloqram), Emiliya Beydullayeva (57 kiloqram) və Aynur Vəlizadə (63 kiloqram) bürünc medal qazanıblar.
Beləliklə, Azərbaycan yığması turniri 11 qızıl, 12 gümüş və 22 bürünc medalla bitirib.
Yarışda komanda hesabında millimiz birinci yeri tutub və Heydər Əliyev Kubokuna sahib olub. İkinci pilləyə Gürcüstan (4-2-4) yiyələndiyi halda, “üçlüy”ü Qazaxıstan (3-5-7) qapayıb.
Turnirdə ən yaxşı boksçu adına Aliimran Aliyev (Qazaxıstan) layiq görülüb. İlqar Qasımzadə (Azərbaycan) isə ən yaxşı hakim seçilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Zirvəni fəth et"
Bugün, 12:48 Olimpiya dünyası
-
Məktəbli boksçularımız fəxri kürsüdə
Bugün, 11:00 Boks
-
Cüdoçularımız Almatıda təlim-məşq toplanışında iştirak edirlər
Bugün, 10:14 Cüdo
-
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurdular
Bugün, 00:51 Cüdo
-
Klublararası ölkə çempionatı yekunlaşdı
Bugün, 00:11 Voleybol
-
Qızlardan ibarət basketbol millimiz Şimali Makedoniyaya qalib gəlib
07.08.2026, 14:39 Basketbol
-
Cüdoçularımız üçün dünya çempionatı öncəsi seminar keçirilib
07.08.2026, 13:36 Cüdo
-
"Tottenhem" Miki van de Venlə yeni müqavilə üzrə razılığa gəlib
07.08.2026, 13:17 Futbol
-
Lui van Qal xərçəngə qalib gəldi
07.08.2026, 12:45 Futbol
-
Bədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb
07.08.2026, 12:23 Gimnastika
-
Azərbaycanlı tədqiqatçı Ankarada beynəlxalq elmi konqresdə məruzə ilə çıxış edib
07.08.2026, 12:05 Olimpiya dünyası
-
"Barselona"dan Rodri üçün transfer təklifi
07.08.2026, 11:53 Futbol
-
"Lids Yunayted" tarixinin ən bahalı transferini reallaşdırdı
07.08.2026, 10:38 Futbol
-
Paytaxtımız beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək
07.08.2026, 10:23 Gündəm
-
"Qarabağ" Kiyev səfərindən məğlubiyyətlə qayıdır
06.08.2026, 23:12 Futbol
-
"Kürü keçək?! 5" yarışında iştirakçı sayı 616 nəfərə çatdı
06.08.2026, 15:41 Su idman növləri
-
"Turan Tovuz" serbiyalı müdafiəçi Filip Damyanoviçi transfer edib
06.08.2026, 15:24 Olimpiya dünyası
-
"More Than Medals World" layihəsinə start verilib
06.08.2026, 12:54 Olimpizm xəbərləri
-
Olimpiya çempionunun atası vəfat edib
06.08.2026, 12:46 Cüdo
-
"Qarabağ" Konfrans Liqasında Danimarka klubu ilə qarşılaşacaq
06.08.2026, 12:25 Futbol
-
Cüdoçularımız dünya çempionatında iştirak edəcəklər
06.08.2026, 10:17 Cüdo
-
"Sabah" Danimarka səfərindən məğlubiyyətlə qayıdır
05.08.2026, 23:23 Futbol
-
FIFA U-15 və U-20 dünya çempionatlarına hazırlıq üzrə Təşkilat Komitəsinin iclası baş tutub
05.08.2026, 22:25 Gündəm
-
Qusarda güləşin dostluq körpüsü
04.08.2026, 12:22 Güləş
-
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının püşkü atılıb
03.08.2026, 22:00 Voleybol
-
Olimpiya mükafatçımız Azərbaycan idmançılarının reytinq siyahısında liderliyini qoruyub
03.08.2026, 20:00 Olimpizm xəbərləri
-
Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
03.08.2026, 18:40 Gimnastika
-
Qadın velosipedçimiz Çində qələbə qazanıb
03.08.2026, 17:25 Velosiped
-
"Sabah"ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib
03.08.2026, 17:06 Futbol
-
Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşdi
03.08.2026, 16:58 Futbol
-
Qusarda Respublika Şahmat Olimpiadasına start verilib
03.08.2026, 16:35 Şahmat
-
Fərid Qayıbov ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb
03.08.2026, 16:30 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
03.08.2026, 14:50 Cüdo
-
"Sabah"ın Çempionlar Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib
03.08.2026, 14:32 Futbol