Cüdoçularımız dünya çempionatında iştirak edəcəklər

Cüdoçularımız dünya çempionatında iştirak edəcəklər

Cüdo

Bugün, 10:17

Ekvadorun Quayakil şəhərində cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ölkəmiz mötəbər yarışda 9 çəki dərəcəsində 14 idmançı ilə təmsil olunacaq. Yığmanın heyətində 10 oğlan və 4 qız cüdoçu yer alıb.

Qızların heyətində Sunay Salamova, Zəhra Quliyeva (hər ikisi  40 kq), Pərvin Sevxanlı, Könül Eyvazlı  (hər ikisi 48 kq) iştirak edəcək. Oğlanların mübarizəsində isə Fərid Rzazadə  (50 kq), Fərid Xudiyev, İbrahim Talıbov (hər ikisi 55 kq), İlkin Qarayev (66 kq), Yusuf Nəzər, Sadiq Məmmədov (hər ikisi 73 kq), Ayxan Həsənli, Yaqub Məmmədov (hər ikisi  81 kq), Ömər Axundov və Nurəddin Əliyev ( 90 kq) tatami üzərinə çıxacaq. 

Qeyd edək ki, 20-23 avqust tarixlərində təşkil olunacaq dünya çempionatında 61 ölkədən ümumilikdə 459 idmançı (242 oğlan, 217 qız) medallar uğrunda mübarizə aparacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR