Cüdoçularımız üçün dünya çempionatı öncəsi seminar keçirilib

Cüdoçularımız üçün dünya çempionatı öncəsi seminar keçirilib

Cüdo

Bugün, 13:36

Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində yeniyetmələrdən ibarət Azərbaycan yığmasının üzvləri üçün seminar keçirilib.

Olimpnews.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (mətbuat xidmətinə istinadən xəbər verir ki, dünya çempionatı ərəfəsində baş tutan seminara ACF prezidentinin müşaviri, Hakimlər Komitəsinin sədri Natiq Bağırov rəhbərlik edib.

Məşğələdə yığmanın məşqçilər korpusunun üzvləri də iştirak ediblər. Seminarın əsas məqsədi idmançıları cüdoda tətbiq olunan son yeniliklər barədə məlumatlandırmaq, yarış zamanı qarşılaşa biləcəkləri müxtəlif epizodlar üzrə hakimlik meyarlarını izah etmək olub.

Natiq Bağırov qaydalardakı yeniliklər, onların praktiki tətbiqi və ayrı-ayrı vəziyyətlərin qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat verib. Məşğələ zamanı müxtəlif yarış epizodları təhlil olunub, idmançı və məşqçiləri maraqlandıran suallar cavablandırılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR