"Neftçi" Dünya Seriyasının yarımfinalında

 \"Neftçi\" Dünya Seriyasının yarımfinalında

Basketbol

Bugün, 13:17

Filippinin paytaxtı Manilada keçirilən 3x3 basketbol üzrə Dünya Seriyası davam edir. 

Olimpnews.az xəbər verir ki, yarışda iştirak edən "Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası yarımfinala vəsiqə qazanıb. Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv bu gün 1/4 finalda Monqolustan millisini 21:11 hesabı ilə məğlub edərək bu hüquqa yiyələnib. 

"Ağ-qaralar" yarımfinalda ABŞ - "Ulan-Bator Amazons" (Monqolustan) oyunun qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, "Neftçi" ötən gün B qrupunda Polşa (22:14) və Çin (19:17) yığmalarına qalib gəlib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR