Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunda daha iki oyun keçirəcək

Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunda daha iki oyun keçirəcək

Basketbol

Bugün, 10:23

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün daha iki matç keçirəcək.

Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv əvvəlcə Çexiya ilə üz-üzə gələcək.

Bu görüşə saat 19:05-də start veriləcək. Yığma saat 20:55-də başlayacaq növbəti matçda isə Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi iyunun 1-də keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 13:19.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR