3x3 basketbol millimiz Dünya Kubokunun pley-in mərhələsinə yüksəlib

3x3 basketbol millimiz Dünya Kubokunun pley-in mərhələsinə yüksəlib

Basketbol

03.06.2026, 23:15

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunun qrup mərhələsində sonuncu matçını keçirib.

Olimpnews.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Polşa millisi ilə üz-üzə gəlib.

Görüş Azərbaycan seçməsinin 20:13 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komanda turnirin pley-in mərhələsinə vəsiqə qazanıb. Milli 1/4 final uğrunda D qrupunun üçüncüsü ilə mübarizə aparacaq.

Qeyd edək ki, A qrupunda yer alan yığma daha əvvəl Madaqaskarı (21:13) və Çexiyanı (14:11) məğlub edib, Niderlanda isə uduzub - 13:19.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR