Çingiz Hüseynzadə: “Ümid edirəm ki, yarışların sonuna qədər medal sayımız kifayət qədər çox olacaq”
Müsahibə
10.11.2025, 21:23
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının uğurlu çıxışları davam edir. Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) ikinci vitse-prezidenti Çingiz Hüseynzadə Olimpnews.az saytına müsahibə verib. MOK rəsmisi müsahibəsində Azərbaycan idmançılarının çıxışlarını dəyərləndirib, əldə olunan nəticələr və qarşıdakı günlər üçün proqnozları barədə fikirlərini bölüşüb.
- Çingiz müəllim, artıq yarışların üçdə biri geridə qalıb. Azərbaycan idmançıları bir neçə idman növündə medallar qazanıblar. Milli Olimpiya Komitəsinin vitse-prezidenti kimi, ümumilikdə idmançılarımızın çıxışını necə qiymətləndirirsiniz?
- Yarışların müəyyən hissəsi başa çatıb və artıq müxtəlif idman növlərində medallarımız var. Bu gün komandamızdan daha bir sevindirici xəbər gəldi - cüdo üzrə qarışıq komanda yarışlarında Azərbaycan millisi möhtəşəm qələbə qazandı. Təmsilçilərimiz finalda güclü Özbəkistan yığmasını 4:0 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer aldılar. Bu uğur bir daha göstərdi ki, cüdo Azərbaycanda çox sürətlə inkişaf edir və ölkəmiz beynəlxalq cüdo ailəsində layiqli yer tutur. Bu münasibətlə cüdoçularımızı və Azərbaycan Cüdo Federasiyasını ürəkdən təbrik edirəm. Həqiqətən də bu, böyük nailiyyətdir.
Təbii ki, bu günə qədər daha yüksək nəticələr gözləyirdik, lakin idmanda hər şey proqnozlaşdırıldığı kimi olmur. Məsələn, Zelim Kotsoyevin fərdi yarışların finalında məğlub olması və digər gözlənilməz hadisələr nəticələrə müəyyən dərəcədə təsir göstərdi. Amma ümumilikdə, indiyədək idmançılarımızın çıxışlarını uğurlu hesab etmək olar.
- Üç qızıl medalın hər biri cüdodan gəldi. Digər idman növlərində idmançılarımızın hələ qızıl medal qazana bilməməsinin səbəbi nə ilə bağlıdır?
- Əslində, bizim əsas idman növlərimiz hələ yarışlara tam qoşulmayıb və bu da nəticələrə birbaşa təsir göstərir. Məsələn, Türkiyə komandası indiyədək qazandığı əsas medalları ağırlıqqaldırma yarışlarında əldə edib. Bizim isə bu növdə nəticələrimiz hələ istədiyimiz səviyyədə deyil. Bununla belə, hesab edirəm ki, qarşıdakı günlərdə medal sayımız artacaq. Nəzərə almaq lazımdır ki, bizim əsas “artilleriyamız” - yəni güləşçilərimizin çıxışı hələ qabaqdadır. Bundan əlavə, muay-tay idmançılarımız, atletlərimiz və basketbolçu qızlarımız da mübarizəyə hazırlaşırlar. Həmçinin, voleybol komandamızın da medal qazanmaq ehtimalı yüksəkdir. Ümid edirəm ki, yarışların sonuna qədər medal sayımız kifayət qədər çox olacaq.
- Konyadakı İslam Həmrəyliyi Oyunlarında 29 qızıl medalımız var idi. Sizcə, Ər-Riyadda idmançılarımız bu medal sayını üstələyə biləcəkmi?
- Çalışmalıyıq ki, bu medal sayı 30-a çatdırılsın. Ümid edirəm ki, bu mümkün olacaq və idmançılarımız bizi sevindirəcək.
- Çingiz müəllim, illər keçdikcə yarışlarda iştirak edən idmançıların səviyyəsi də yüksəlir. Bu da təbii olaraq rəqabətin artmasına səbəb olur. Yəqin ki, bu, yarışlara marağın artması ilə bağlıdır?
- Bəli, tam haqlısınız. Təxminən 20 il əvvəl Səudiyyə Ərəbistanında keçirilən I İslam Həmrəyliyi Oyunlarında yarışların səviyyəsi nisbətən aşağı idi. Ancaq bu gün vəziyyət tamamilə fərqlidir, səviyyə xeyli yüksəlib. Artıq İslam Həmrəyliyi Oyunları Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitələri Assosiasiyası tərəfindən tanınır. Bu da yarışların daha yüksək standartlarda keçirilməsini təmin edir.
Eyni zamanda qeyd etmək istəyirəm ki, 20 il əvvəl İslam dünyasında idman nisbətən zəif inkişaf etmişdirsə, bu gün artıq çox güclü komandalar formalaşıb. Bunu Bəhreyn voleybol komandasının Türkiyə ilə oyununda, həmçinin cüdo yarışlarında Misir və Birləşmiş Ərəb Əmirliklərinin idmançılarının uğurlu çıxışlarında aydın görmək mümkündür. Bir sözlə, İslam ölkələrində idmanın keyfiyyəti və rəqabət qabiliyyəti əvvəlki illərlə müqayisədə xeyli irəliləyib.
- Çingiz müəllim, növbəti İslam Həmrəyliyi Oyunlarına hansı ölkə ev sahibliyi edəcək?
- Noyabrın 8-də Ər-Riyadda İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) 14-cü Baş Assambleyası keçirildi. Orada qərar qəbul edildi ki, VII İslam Həmrəyliyi Oyunları 2029-cu ildə Malayziyada təşkil olunacaq. Bu Oyunlar müəyyən bir tsiklin finalı kimi keçirilməklə, Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında təşkil olunacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dünya çempionatının loqosu təsdiqlənib
13.07.2026, 17:10 Gündəm
-
Parislilər heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
13.07.2026, 16:41 Futbol
-
"Səbail" yeni transferini açıqladı
13.07.2026, 16:17 Futbol
-
Avarçəkənimiz gümüş medal qazandı
13.07.2026, 15:58 Olimpiya dünyası
-
Millimiz Şabranda təlim-məşq toplanışında iştirak edib
13.07.2026, 13:02 Şahmat
-
Azərbaycan avarçəkənləri Potidə 18 medal qazanıblar
13.07.2026, 10:52 Olimpiya dünyası
-
Çimərlik voleybolçularımız mükafatçılar sırasında
13.07.2026, 01:30 Voleybol
-
Sərbəst güləş millimiz rekorda imza atdı
13.07.2026, 00:53 Gündəm
-
Beynəlxalq turnirin finalçıları ilə görüş olub
12.07.2026, 19:04 Olimpiya dünyası
-
Olimpiya mükafatçısı Milli Gimnastika Arenasında ustad dərsi keçib
12.07.2026, 18:39 Gimnastika
-
Ruslan Lunyov Avropa Kubokunda qızıl medal qazanıb
12.07.2026, 10:16 Güllə atıcılığı
-
Gimnastlarımız Portuqaliyada beynəlxalq turniri 12 medalla başa vurublar
12.07.2026, 09:53 Gimnastika
-
DÇ-2026-nın yarımfinal cütləri müəyyənləşib
12.07.2026, 09:33 Futbol
-
DÇ-2026: Argentina millisi yarımfinala vəsiqə qazandı
12.07.2026, 08:08 Futbol
-
Dünya çempionatı: İngiltərə millisi yarımfinalda
12.07.2026, 04:00 Futbol
-
Güləşçimiz Avropa çempionu oldu
12.07.2026, 00:48 Güləş
-
Azərbaycan millisi Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub
10.07.2026, 16:09 Son xəbər
-
Azərbaycan klublarının Avropa Liqasında 300-cü qolu
10.07.2026, 15:45 Futbol
-
Yeni baş məşqçinin köməkçiləri müəyyənləşib
10.07.2026, 15:18 Futbol
-
Dünya çempionatında 1/4 final mərhələsinin ikinci oyunu keçiriləcək
10.07.2026, 14:47 Futbol
-
Musa Quelini "Şəfa"da
10.07.2026, 14:14 Futbol
-
Boksçularımız beynəlxalq turnirdə
10.07.2026, 13:40 Boks
-
“Gəncə”nin üç voleybolçusu milli komandalara dəvət alıb
10.07.2026, 13:22 Voleybol
-
"Seltik"də çıxış edəcəyim üçün çox xoşbəxtəm
10.07.2026, 12:54 Futbol
-
Modriç Xorvatiya millisindəki karyerasını başa vurmaq niyyətində deyil
10.07.2026, 12:18 Futbol
-
Azərbaycan UEFA reytinqində bu həftə ən çox əmsal toplayan 2 ölkədən biridir
10.07.2026, 11:48 Futbol
-
"Neftçi" bu gün növbəti yoxlama oyununu keçirəcək
10.07.2026, 10:32 Futbol
-
Fransa millisi dünya çempionatında ilk yarımfinalçı olub
10.07.2026, 03:40 Futbol
-
AMADA "Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması" proqramına start verib
09.07.2026, 14:48 AMADA
-
Azərbaycanı beynəlxalq reqatada 12 idmançı ilə təmsil olunacaq
09.07.2026, 14:28 Olimpizm xəbərləri
-
Azərbaycanın 3x3 basketbol millisinin Avropa Kubokundakı rəqibləri müəyyənləşib
07.07.2026, 22:42 Basketbol
-
DÇ-2026: Argentina əzmkar qələbə ilə 1/4 finalda
07.07.2026, 22:10 Futbol
-
Çempionlar Liqası: “Sabah” Bakıda UELS təmsilçisinə qalib gəldi
07.07.2026, 21:00 Futbol
-
BOK Rusiya Olimpiya Komitəsi ilə bağlı qərarını yumşaldıb
07.07.2026, 20:37 Olimpizm xəbərləri