"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim edib
Futbol
12.05.2026, 20:41
“Qarabağ” regionda ilk Dayanıqlılıq Hesabatını (Sustainability Report) ictimaiyyətə təqdim edib.
Olimpnews.az "Qarabağ"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu mühüm addım klubun idman sahəsi ilə yanaşı, sosial məsuliyyət, ekoloji yanaşma və müasir idarəetmə prinsipləri istiqamətində də lider mövqeyini bir daha təsdiqləyir. Bu təşəbbüs təkcə Azərbaycanda deyil, bütövlükdə regionda bir ilkdir. “Qarabağ”, eyni zamanda, Avropa komandaları arasında da bu istiqamətdə hesabat hazırlayan qabaqcıl klublardan biri kimi fərqlənir.
Təqdim olunan hesabatda klubun aşağıdakı istiqamətlər üzrə fəaliyyəti geniş şəkildə əks olunub:
* Ekoloji dayanıqlılıq və resursların səmərəli idarə olunması
* Sosial məsuliyyət layihələri, inklüziv inkişaf təşəbbüsləri və icma ilə əlaqələr
* Korporativ idarəetmə və şəffaflıq prinsipləri
Hesabat, həmçinin klubun gələcək inkişaf strategiyasını, beynəlxalq standartlara uyğunlaşma istiqamətində atdığı addımları və uzunmüddətli dayanıqlılıq hədəflərini əhatə edir.
Qeyd edək ki, hesabat klubla əməkdaşlıq çərçivəsində dünyanın aparıcı audit və konsaltinq şirkətlərindən biri olan “Deloitte”un dəstəyi ilə hazırlanıb. Şirkət xüsusilə dayanıqlılıq hesabatlarının hazırlanması, ESG (Environmental, Social, Governance) standartlarının tətbiqi və korporativ şəffaflığın artırılması istiqamətində beynəlxalq təcrübəsi ilə tanınır. “Qarabağ” ilə əməkdaşlıq çərçivəsində “Deloitte” hesabatın beynəlxalq standartlara uyğun strukturlaşdırılması, məlumatların düzgün ölçülməsi və təqdim olunması, eləcə də qlobal hesabatlılıq prinsiplərinə inteqrasiya prosesinə metodoloji dəstək göstərib. Bu tərəfdaşlıq sənədin etibarlılığını və beynəlxalq səviyyədə qəbul olunma potensialını daha da artırır.
Xatırladaq ki, “Qarabağ” Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) həyata keçirdiyi “İqlim Fəaliyyəti üçün İdman” (Sports for Climate Action) təşəbbüsünün rəsmi tərəfdaşıdır. Klub bu təşəbbüsə qoşulmaqla həm də BMT-nin “Race to Zero” kampaniyasının dəstək göstərərək qlobal iqlim hədəflərinə töhfə vermək öhdəliyini təsdiqləyir.
Klubun prezidenti Tahir Gözəl dayanıqlılıq hesabatının yalnız görülən işləri deyil, həm də illər ərzində formalaşdırılan dəyərləri və gələcək nəsillər qarşısında daşıdıqları məsuliyyəti əks etdirdiyini bildirib: “Bu hesabat illər ərzində formalaşdırdığımız dəyərlərin, məsuliyyət anlayışımızın və gələcəyə baxışımızın əyani ifadəsidir. Burada gördüyümüz işlərlə yanaşı, inandığımız prinsipləri və gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyəti əks etdiririk. Bu təşəbbüs klubumuz, Azərbaycan, bütövlükdə region üçün bir ilkdir. Hesabatdakı hər bir məqam real fəaliyyətlərə, ölçülə bilən nəticələrə əsaslanır. Biz inanırıq ki, bu yanaşma regionda fəaliyyət göstərən digər klublar üçün də istinad nöqtəsinə çevriləcək və dayanıqlı inkişafın yeni mərhələsinə təkan verəcək. Hesabat, həmçinin COP29 çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərin bir hissəsidir. Şübhəsiz ki, bu, ilk hesabatımızdır və biz bu istiqamətdə ilkin addımlarımızı atmağa başlamışıq. İnanırıq ki, növbəti hesabatlarda daha ətraflı, inkişafyönümlü və müqayisə oluna bilən nəticələr də öz əksini tapacaq”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
DÇ-2026-da daha dörd oyun keçiriləcək
Bugün, 19:36 Futbol
-
Qaxda cüdo üzrə region birinciliyi keçiriləcək
Bugün, 19:22 Cüdo
-
"Qarabağ" Medina ilə yollarını ayırdı
Bugün, 16:05 Futbol
-
5-ci LANDAU Şahmat Festivalının açılış mərasimi keçirilib
Bugün, 15:46 Şahmat
-
"Böyük Dəbilqə"də 17 cüdoçumuz iştirak edəcək
Bugün, 15:36 Cüdo
-
"Sabah"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib
Bugün, 15:15 Futbol
-
Media və Yayım Şurasının yaradılmasının strateji səbəbləri
Bugün, 14:51 Gündəm
-
Boksçularımız Sarayevoda Olimpiya ümidləri turnirində iştirak edəcəklər
Bugün, 14:15 Boks
-
Basketbol millimiz Tbilisidə iki qələbə qazanıb
Bugün, 13:47 Basketbol
-
Tunis Qran-prisində gümüş medal
Bugün, 10:52 Olimpiya dünyası
-
Balkan çempionatında 7 atletimiz iştirak edəcək
Bugün, 10:44 Atletika
-
Avstriya DÇ-2026-ya qələbə ilə başladı
Bugün, 10:29 Futbol
-
Azərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub
Bugün, 10:05 Formula 1
-
Bakıda keçiriləcək UFC turniri üçün Bakıya 70-ə yaxın ölkədən azarkeş gələcək
16.06.2026, 12:04 Gündəm
-
Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
16.06.2026, 11:36 Olimpiya dünyası
-
Azərbaycan Güləş Federasiyasında yenilik
16.06.2026, 11:27 Gündəm
-
XXIX "Şahin" hərbi-idman oyununun final mərhələsi keçirilib
16.06.2026, 11:09 Olimpiya dünyası
-
"Zirə"nin Konfrans Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək
16.06.2026, 10:56 Futbol
-
Avropa Liqası: Bu gün "Qarabağ"ın I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək
16.06.2026, 10:05 Futbol
-
Bu gün "Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşəcək
16.06.2026, 09:18 Futbol
-
İran və Yeni Zelandiya yığmalarının oyunu heç-heçə yekunlaşdı
16.06.2026, 09:00 Futbol
-
DÇ-2026-da növbəti bərabərlik
16.06.2026, 08:46 Futbol
-
DÇ-2026: Belçika Misir oyununda qalib müəyyənləşmədi
16.06.2026, 01:00 Futbol
-
"Turan Tovuz"un Konfrans Liqası ilə bağlı şikayətini təmin edilmədi
16.06.2026, 00:08 Futbol
-
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
15.06.2026, 00:06 Gündəm
-
Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
15.06.2026, 00:01 Gündəm
-
AOK-un 55-ci Baş Assambleyasına yekun vurulub
13.06.2026, 23:20 MOK
-
Avarçəkənimiz Avropa çempionu olub
12.06.2026, 15:17 Su idman növləri
-
"Real" 32 saata Bernardo Silvanın transferini yekunlaşdırdı
12.06.2026, 13:52 Futbol
-
AOK-un 55-ci Baş Assambleyası öz işinə başlayıb
12.06.2026, 13:21 MOK
-
DÇ-2026 fərqli olacaq: 3 ev sahibi, 48 komanda, 104 oyun
12.06.2026, 12:58 Gündəm
-
Rövşən Nəcəf Dünya Korporativ Oyunlarının qalibi olan komanda ilə görüşüb
12.06.2026, 11:45 Olimpiya dünyası
-
Sumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək
12.06.2026, 11:04 Basketbol
-
Kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında növbəti oyununu keçirəcək
12.06.2026, 10:52 Voleybol