“Gələcəyə Doğru 2026” turniri keçirilib
Olimpiya dünyası
Bugün, 20:20
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında suya tullanma üzrə “Gələcəyə Doğru 2026” turniri keçirilib.
Olimpnews.az Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda ümumilikdə 23 idmançı 7 kateqoriya üzrə çıxış edib. Turnirin əsas məqsədi ölkəmizdə suya tullanma idman növünə marağın artırılması, kütləviliyin genişləndirilməsi və perspektivli idmançıların üzə çıxarılması olub.
Yarışın nəticələrinə əsasən, başlanğıc qrupunda 1 metr hündürlükdən tullanma yarışlarında oğlanlar arasında Tamerlan Əliverdiyev birinci, Murad İsmayılzadə ikinci, Timur Kardaş isə üçüncü yeri tutub. Qızların mübarizəsində Aişə Xəlil qalib olub, Aleksiya Səmədova gümüş, Mila Samofal isə bürünc medala sahib çıxıb.
10 və daha kiçik yaşlı oğlanların 1 metrlik tramplindən suya tullanma yarışında Muhəmməd Hüseynov qızıl medal qazanıb. Əkrəm Əhmədov ikinci, Əkrəm İsmayılzadə isə üçüncü yeri tutub. Eyni yaş qrupunda qızlar arasında Mehri Ağayeva fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Sofiya Ağayeva ikinci, Məryəm Beqova isə üçüncü olub.
10 yaşadək oğlanların 3 metrlik tramplindən yarışında da Muhəmməd Hüseynov qalib adını qazanıb, Əkrəm Əhmədov isə ikinci yeri tutub. Qızların eyni növ üzrə mübarizəsində Mehri Ağayeva qızıl, Sofiya Ağayeva gümüş, Məryəm Beqova isə bürünc medal əldə edib.
11 və daha böyük yaşlı qızların 1 metrlik tramplindən suya tullanma yarışında Ayla Hüseynova birinci, Alisa Hacıyeva ikinci, Suada Tahir isə üçüncü olub. 11 və daha böyük yaşlı oğlanların 3 metrlik tramplindən yarışında Tahir Maqsudlu birinci yeri tutub. Bu yaş qrupunda qızların 3 metrlik tramplindən suya tullanma yarışında Ayla Hüseynova qalib gəlib, Alisa Hacıyeva ikinci, Suada Tahir isə üçüncü yerdə qərarlaşıb.
Platformadan tullanma yarışlarında isə 11 və daha böyük yaşlı oğlanlar arasında Maqsud Tahirli fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Yarışın sonunda fərqlənən idmançılar Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən medal, diplom və sertifikatlarla mükafatlandırılıblar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
Bugün, 20:20 Olimpiya dünyası
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
Bugün, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
Bugün, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
Bugün, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
Bugün, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK
-
2042-ci il Qış Olimpiya Oyunları üçün ABŞ-dan yeni təşəbbüs
23.06.2026, 15:54 Olimpizm xəbərləri
-
Voleybol məşqçiləri üçün “Təhlükəsiz idman - hamı üçün” mövzusunda seminar keçiriləcək
23.06.2026, 15:34 Olimpizm xəbərləri
-
UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşəcəklər
23.06.2026, 15:17 Gündəm
-
Beynəlxalq Olimpiya Günü münasibəti ilə “Xatirələrdə yaşayanlar” adlı tədbir keçirilib
23.06.2026, 14:19 MOK
-
23 iyun - Beynəlxalq Olimpiya Günüdür
23.06.2026, 10:47 Olimpizm xəbərləri
-
Azərbaycanlı idman mütəxəssisi Türkiyədə vəzifəyə təyin edildi
23.06.2026, 10:00 Olimpiya dünyası
-
Usta ağırlıqqaldıranlarımız Avropa çempionatında iştirak edirlər
23.06.2026, 03:51 Ağırlıqqaldırma
-
Taekvondoçularımız beynəlxalq yarışda 3 medal qazanıblar
23.06.2026, 00:10 Taekvondo
-
Qadınlardan ibarət Azərbaycan millisi Fərid Qayıbovla görüşüb
22.06.2026, 18:15 Futbol
-
Çimərlik futbolu üzrə Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
22.06.2026, 17:52 Futbol
-
Azərbaycan kamandan oxatanları Dünya Kubokunda mübarizə aparacaqlar
22.06.2026, 17:41 Olimpiya dünyası
-
AMADA Gəncədə təmiz idman dəyərlərinin təşviqinə dair maarifləndirmə proqramı təşkil edib
22.06.2026, 16:45 AMADA
-
Parabadmintonçusmuz Fransada bürünc medal qazanıb
22.06.2026, 14:57 Olimpiya dünyası
-
Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar
22.06.2026, 14:35 Taekvondo
-
Azərbaycan alpinistləri İtaliyadakı Monte Paterno zirvəsinə qalxıblar
22.06.2026, 14:14 Olimpiya dünyası
-
Avarçəkənlərimiz beynəlxalq reqatada iştirak edəcəklər
22.06.2026, 12:17 Su idman növləri
-
Badmintonçumuz Serbiyada bürünc medala sahib oldu
22.06.2026, 11:49 Olimpiya dünyası
-
Bu gün DÇ-2026-da daha 4 oyun keçiriləcək
20.06.2026, 19:22 Futbol
-
"Zirə" heyətini yeni futbolçu ilə gücləndirir
20.06.2026, 19:20 Futbol
-
"Neftçi" Dünya Seriyasının Sumqayıt mərhələsinin 1/4 finalında
20.06.2026, 18:52 Basketbol
-
Dünya Kuboku: İki boksçumuz bürünc medal qazandı, bir idmançımız isə finalda
20.06.2026, 17:52 Boks
-
"Ağ-qaralar"dan növbəti transfer
20.06.2026, 17:30 Futbol