"Sabah" Azərbaycan Kubokunun qalibi oldu

\"Sabah\" Azərbaycan Kubokunun qalibi oldu 

Futbol

Bugün, 22:00

"Sabah" klubu futbol üzrə Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub.

Olimpnews.az xəbər verir ki, "Palms Sports Arena"da keçirilən final oyununda "Zirə" ilə qarşılaşan "bayquşlar" 2:1 hesablı qələbə qazanıblar. Matçda hesab 4-cü dəqiqədə açılıb. Eren Aydın "qartallar"ı hesabda irəli çıxarıb. Matçın 70-ci dəqiqəsində "Sabah" Patrik Mbinanın qolu ilə hesabı bərabərləşdirib. 90+1-ci dəqiqədə isə Coy Lens Mikels "Sabah"a qələbə qazandırıb. 

Qeyd edək ki, bu, "Sabah"ın tarixində qazandığı ikinci Azərbaycan Kuboku olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR