Advokat milli komandaya qayıtdı

Advokat milli komandaya qayıtdı  

Futbol

Bugün, 16:48

Niderlandlı baş məşqçi Dik Advokat futbol üzrə dünya çempionatında iştirak edən Kurasao milli komandasına qayıdıb.

Olimpnews.az xəbər verir ki, əhalisi 155.800 nəfər, ərazisi 444 kvadrat kilometr olan ölkə millisini mundiala çıxaran 78 yaşlı mütəxəssis səhhəti ilə bağlı öz işini tərk etsə də, sonradan qərarını dəyişib.  

Qeyd edək ki, dünya çempionatında ən kiçik əraziyə məxsus olan Kurasao 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək yarışda Almaniya, Kot-d İvuar və Ekvadorla birlikdə E qrupunda yarışacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR