İçərişəhərdə yeni idman meydançasının açılışı olub
Olimpiya dünyası
01.06.2026, 01:01
“Sabah” Futbol Klubu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə İçərişəhərdə yeni istifadəyə verilən idman meydançasının açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmudov yeni meydançanın uşaqların asudə vaxtının səmərəli təşkili və sağlam böyüməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, İçərişəhərdə yaşayan uşaqlar indiyədək futbol oynamaq üçün uyğun məkan tapmaqda çətinlik çəkirdilər. “Uşaqlar bundan sonra öz meydançalarında rahat şəkildə idmanla məşğul ola biləcəklər. İnanıram ki, bu məkan həm uşaqların, həm də böyüklərin istifadəsində olacaq. Gənc nəslin sağlam böyüməsi gələcəyimiz üçün çox önəmlidir”, - deyə R.Mahmudov vurğulayıb.
“Sabah” Futbol Akademiyasının koordinatoru, gürcüstanlı mütəxəssis Giorgi Minaşvili layihənin əhəmiyyətindən danışaraq, təşəbbüsə qoşulmaqdan məmnunluq duyduqlarını bildirib. “Bu layihə gənc uşaqlara yeni imkanlar yaratmaq məqsədi daşıyır. Burada onlar sağlam həyat tərzi sürmək, futbol məşqləri keçmək və öz bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər. Ola bilər ki, gələcəkdə bu meydançada məşq edən uşaqlardan bəziləri böyük klublarda çıxış etsinlər”, - deyə o qeyd edib.
G.Minaşvili bu cür təşəbbüslərin gələcəkdə Bakının digər ərazilərində də həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
“İçərişəhər” Ağsaqqallar Şurasının sədri Əliheydər Dadaşov isə yeni idman meydançasının istifadəyə verilməsini sakinlər üçün əlamətdar hadisə kimi qiymətləndirib. O, layihənin reallaşdırılmasına görə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə təşəkkürünü çatdırıb.
Ə.Dadaşov bildirib ki, bir neçə il əvvəl meydançanın gələcəyi ilə bağlı aparılan müzakirələr artıq öz nəticəsini verib və bu gün İçərişəhər sakinlərinin istifadəsinə müasir idman məkanı təqdim olunub.
Sonda uşaqlar yeni meydançada futbol oynayaraq ilk məşqlərini keçiriblər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
DÇ-2026-da daha dörd oyun keçiriləcək
17.06.2026, 19:36 Futbol
-
Qaxda cüdo üzrə region birinciliyi keçiriləcək
17.06.2026, 19:22 Cüdo
-
"Qarabağ" Medina ilə yollarını ayırdı
17.06.2026, 16:05 Futbol
-
5-ci LANDAU Şahmat Festivalının açılış mərasimi keçirilib
17.06.2026, 15:46 Şahmat
-
"Böyük Dəbilqə"də 17 cüdoçumuz iştirak edəcək
17.06.2026, 15:36 Cüdo
-
"Sabah"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib
17.06.2026, 15:15 Futbol
-
Media və Yayım Şurasının yaradılmasının strateji səbəbləri
17.06.2026, 14:51 Gündəm
-
Boksçularımız Sarayevoda Olimpiya ümidləri turnirində iştirak edəcəklər
17.06.2026, 14:15 Boks
-
Basketbol millimiz Tbilisidə iki qələbə qazanıb
17.06.2026, 13:47 Basketbol
-
Tunis Qran-prisində gümüş medal
17.06.2026, 10:52 Olimpiya dünyası
-
Balkan çempionatında 7 atletimiz iştirak edəcək
17.06.2026, 10:44 Atletika
-
Avstriya DÇ-2026-ya qələbə ilə başladı
17.06.2026, 10:29 Futbol
-
Azərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub
17.06.2026, 10:05 Formula 1
-
Bakıda keçiriləcək UFC turniri üçün Bakıya 70-ə yaxın ölkədən azarkeş gələcək
16.06.2026, 12:04 Gündəm
-
Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
16.06.2026, 11:36 Olimpiya dünyası
-
Azərbaycan Güləş Federasiyasında yenilik
16.06.2026, 11:27 Gündəm
-
XXIX "Şahin" hərbi-idman oyununun final mərhələsi keçirilib
16.06.2026, 11:09 Olimpiya dünyası
-
"Zirə"nin Konfrans Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək
16.06.2026, 10:56 Futbol
-
Avropa Liqası: Bu gün "Qarabağ"ın I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək
16.06.2026, 10:05 Futbol
-
Bu gün "Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşəcək
16.06.2026, 09:18 Futbol
-
İran və Yeni Zelandiya yığmalarının oyunu heç-heçə yekunlaşdı
16.06.2026, 09:00 Futbol
-
DÇ-2026-da növbəti bərabərlik
16.06.2026, 08:46 Futbol
-
DÇ-2026: Belçika Misir oyununda qalib müəyyənləşmədi
16.06.2026, 01:00 Futbol
-
"Turan Tovuz"un Konfrans Liqası ilə bağlı şikayətini təmin edilmədi
16.06.2026, 00:08 Futbol
-
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
15.06.2026, 00:06 Gündəm
-
Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
15.06.2026, 00:01 Gündəm
-
AOK-un 55-ci Baş Assambleyasına yekun vurulub
13.06.2026, 23:20 MOK
-
Avarçəkənimiz Avropa çempionu olub
12.06.2026, 15:17 Su idman növləri
-
"Real" 32 saata Bernardo Silvanın transferini yekunlaşdırdı
12.06.2026, 13:52 Futbol
-
AOK-un 55-ci Baş Assambleyası öz işinə başlayıb
12.06.2026, 13:21 MOK
-
DÇ-2026 fərqli olacaq: 3 ev sahibi, 48 komanda, 104 oyun
12.06.2026, 12:58 Gündəm
-
Rövşən Nəcəf Dünya Korporativ Oyunlarının qalibi olan komanda ilə görüşüb
12.06.2026, 11:45 Olimpiya dünyası
-
Sumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək
12.06.2026, 11:04 Basketbol
-
Kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında növbəti oyununu keçirəcək
12.06.2026, 10:52 Voleybol