Avropa Liqası: Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda açıq məşqi keçirilib

Avropa Liqası: Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda açıq məşqi keçirilib 

Voleybol

Bugün, 22:06

Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda açıq məşqi təşkil olunub.

Hazırlıq prosesi bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Baş məşqçi Faiq Qarayev voleybolçulara müxtəlif tapşırıqlar verib. Komanda taktiki-texniki məşqləri yerinə yetirib.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandanın rəqibləri İsveç və Estoniya olacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR