"Zirə"nin Konfrans Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək

\"Zirə\"nin Konfrans Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək 

Futbol

Bugün, 10:56

Bu gün futbol üzrə UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Olimpnews.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Mərasimdə Azərbaycan təmsilçisi “Zirə”nin də rəqibi müəyyənləşəcək.

Bakı klubu püşk zamanı səpələnmişlər səbətində yer alacaqlar. Komandanın potensial rəqibləri "Torpedo" (Kutaisi, Gürcüstan), "Velej" (Bosniya və Herseqovina), "Virtus" (San Marino), "Liepaya" (Latviya), "İlves" (Finlandiya), "Konnahs-Kuey Nomads" (Uels), "Bohemians" (İrlandiya), "Styarnan" (İslandiya), "Europa" (Cəbəllütariq), "İnter" (Turku, Finlandiya), "Malişeva" (Kosovo), "Yelimay" (Qazaxıstan), "Dinamo Siti" (Albaniya), "UNA Strassen" (Lüksemburq), "Hegelmann" (Litva), "Peynbont" (Uels), "NSİ" (Runavik, Farer adaları), "Sileks" (Şimali Makedoniya), "Mornar" (Monteneqro), "Qlentoran" (Şimali İrlandiya), "Marsaxlokk" (Malta), "Nomme Kalju" (Estoniya), "Elbasani" (Albaniya), "Karnarvon Taun" (Uels), "Mondorf" (Lüksemburq) və "Petrovats" (Monteneqro) kollektivləri olacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin matçları iyulun 9-u və 16-da keçiriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR