AOK-un 55-ci Baş Assambleyasına yekun vurulub
MOK
13.06.2026, 23:20
İyunun 12-dən 13-ə kimi Macarıstanın paytaxtı Budapeştdə Avropa Olimpiya Komitələrinin (AOK) 55-ci Baş Assambleyası keçirilib.
Olimpnews.az xəbər verir ki, tədbirdə ölkəmizi Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov və beynəlxalq proqramlar idarəsinin müdiri Ceyhun Rəhmanov təmsil ediblər.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kristi Konventri, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos və digər ölkələrin MOK-larının iştirakı ilə keçirilən Baş Assambleyada bir çox məsələlər haqqında müzakirələr aparılıb.
İclasın ilk günündə Türkiyədə keçiriləcək İstanbul-2027 Avropa Oyunlarına hazırlıqla bağlı fikirlər səsləndirilib, həmçinin Milan-Kartino XXV Qış Olimpiya Oyunlarının və Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) hesabatı dinlənilib.
Baş Assambleya zamanı həmçinin “Ən yaxşı avropalı gənc atlet” üçün nəzərdə tutulan 14-cü “Pyotr Nurovski” mükafatına Rumıniyalı qılıncoynadan Amalia Covaliu və estoniyalı şüvüllə tullanma idmançısı Allika Inkeri Moser layiq görülüb. Gian Primo Giardi (San-Marino), André Hoffmann (Lüksemburq) və Marie-George Buffet (Fransa) Avropa Olimpiya Komitəsinin "Xidmətlərinə görə" ordeni ilə təltif ediliblər.
Assambleyanın ikinci günündə Avropa Olimpiya Komitəsinin “Olimpiya çələngi” mükafatı öz sahibinə təqdim olunub. Bundan başqa iclasda Braşov-2027 XVIII Qış Avropa Gənclər Olimpiya Festivalı və Linyano-Sabbiadoro-2027 XIX Avropa Gənclər Yay Olimpiya Festivalı və AOK-un komissiyasının hesabatları, WADA-nın tibb və antidopinqlə bağlı hesabatları dinlənilib. İclasda 2027-ci ildə Monakoda keçiriləcək Kiçik Avropa Dövlətlərinin Oyunları ilə bağlı təqdimat və yeniliklərlə bağlı müzakirələr aparılıb.
İclasın sonuncu günündə AOK-un 56-cı Baş Assambleyasının Türkiyənin İstanbul şəhərində keçiriləcəyi təsdiq olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Nicat Şıxəlizadə: "İnanıram ki, bu nailiyyət gənclər və böyüklər arasında da davam edəcək"
Bugün, 04:19 Müsahibə
-
İbrahim Talıbov: "Gələcəkdə əsas hədəfim böyüklər arasında da Olimpiya çempionu olmaqdır"
Bugün, 03:54 Müsahibə
-
Emin İskəndərov: "İnanıram ki, İbrahim bundan sonra da böyük uğurlar qazanacaq"
Bugün, 03:50 Müsahibə
-
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çempionu Vətənə qayıdıb
Bugün, 03:33 Olimpiya oyunları
-
Dakar-2026: Yaponiya və Rusiya komandaları liderliyi bölüşür - MEDAL SİYAHISI
02.11.2026, 22:32 Olimpiya oyunları
-
Xankəndidə cüdo seminarı keçirilib
02.11.2026, 19:05 Cüdo
-
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
02.11.2026, 18:49 Cüdo
-
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
02.11.2026, 18:19 Su idman növləri
-
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çempionu Vətənə qayıdır
02.11.2026, 17:57 Olimpiya oyunları
-
Azərbaycanın U-16 voleybol yığmaları Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
02.11.2026, 16:54 Voleybol
-
Dakar-2026: Azərbaycan üzgüçüsü finala vəsiqə qazana bilmədi
02.11.2026, 14:25 Olimpiya oyunları
-
Bakıda “Zəfər Kuboku” karate turniri keçirilib
02.11.2026, 13:22 Olimpiya dünyası
-
Kağız jurnaldan bulud texnologiyasına: AİA-da elektron jurnal reallığı
02.11.2026, 13:00 Olimpiya dünyası
-
Deflimpiyaçılarımız Avropa çempionatında 3 qızıl medal qazanıblar
02.11.2026, 12:34 Olimpiya dünyası
-
Zəka sahiblərimiz Avropa çempionatında iştirak edəcəklər
02.11.2026, 11:35 Şahmat
-
Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək
02.11.2026, 11:21 Olimpiya dünyası
-
Azərbaycan millisi Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
02.11.2026, 11:00 Boks
-
Dakar-2026: Bayraqdarımız bu gün üzgüçülük yarışlarında mübarizəyə başlayır
02.11.2026, 09:10 Olimpiya oyunları
-
İbrahim Talıbov: “Çox sevinirəm ki, Vətənə medalla qayıdıram”
02.11.2026, 00:44 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycan komandası ikinci pillədə qərarlaşır - MEDAL SİYAHISI
01.11.2026, 22:27 Olimpiya oyunları
-
Emin İskəndərov: “İbrahim verdiyi sözə əməl etdi, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu oldu”
01.11.2026, 21:20 Müsahibə
-
Azərbaycan komandası Dakar-2026-da ilk qızıl medalını qazandı
01.11.2026, 20:14 Gündəm
-
Güləşçimiz dünya çempionatında bürünc medal qazandı
01.11.2026, 18:20 Gündəm
-
Dakar-2026: Cüdoçumuz finala vəsiqə qazandı
01.11.2026, 15:07 Cüdo
-
Cüdoçumuz Dakar-2026-ya qələbə ilə başladı
01.11.2026, 14:22 Olimpiya oyunları
-
“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib
01.11.2026, 14:00 Gündəm
-
Azərbaycan komandasının ilk idmançısı Dakar-2026-da mübarizəyə başlayır
01.11.2026, 09:44 Olimpiya oyunları
-
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
01.11.2026, 00:34 Olimpiya oyunları
-
Cüdo millimiz Avropa çempionatını birinci pillədə tamamladı
31.10.2026, 22:14 Cüdo
-
Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo kursunun praktiki məşğələsini keçirib
31.10.2026, 22:04 Olimpizm xəbərləri
-
Millimizin bütün təmsilçiləri cüdo üzrə Asiya Kubokunda mükafatçılar sırasında yer aldılar
31.10.2026, 21:47 Cüdo
-
Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub
31.10.2026, 21:12 Olimpiya oyunları
-
Uşanqi Kokauri "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı
31.10.2026, 20:34 Cüdo
-
Sərbəst güləşçimiz dünya çempionatında gümüş medal qazandı
31.10.2026, 19:00 Güləş