Avarçəkənimiz gümüş medal qazandı 

Avarçəkənimiz gümüş medal qazandı 

Olimpiya dünyası

Bugün, 15:58

Akademik avarçəkmə üzrə gənclərdən ibarət Azərbaycan yığmasının üzvü, hazırda Litvada təlim-məşq toplanışında olan Azər İlyasov bu ölkənin Şaulyay şəhərində təşkil olunan Açıq Litva çempionatında gümüş medal qazanıb.

Yerli idmançılarla yanaşı, ABŞ, İsveçrə və İsrail avarçəkənlərinin də mübarizə apardığı yarışda təmsilçimiz 15 idmançının olduğu yarımfinal mərhələsini uğurla dəf edərək həlledici yürüşə vəsiqə qazanıb.

Yağışlı və küləkli hava şəraitində baş tutan A finalında isə 2000 metr məsafəni 7 dəqiqə, 52 saniyəyə qət edən A.İlyasov yalnız yerli idmançıdan geri qalmaqla gümüş medal əldə edib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR