Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ
Müsahibə
14.07.2026, 11:46
Azərbaycanın bölgələrində milli estrada musiqisinin formalaşmasına töhfə verən musiqi kollektivlərdən biri də İmişlidə fəaliyyət göstərən “Şəms” ansamblı olub. 1980-ci illərdən etibarən dinləyicilərin rəğbətini qazanan ansambl təkcə ifaları ilə deyil, həm də milli ruhu müasir estrada üslubu ilə birləşdirən yaradıcılığı ilə seçilib. Kollektivin bədii rəhbəri, bəstəkar-müğənni Şakir Quliyev uzun illər ərzində çoxsaylı mahnıların müəllifi olub, bəstələri tanınmış ifaçılar tərəfindən səsləndirilib, mahnılarından biri isə Rusiyanın "Mosfilm" kinostudiyasının istehsalı olan "Trio" filmində istifadə olunub. İstedadlı bəstəkar Şakir Quliyevlə söhbətimizdə "Şəms" ansamblının yaranma tarixindən, yaradıcılıq yolundan, uğurlarından və bu günə qədər davam edən sənət fəaliyyətindən danışdıq. Həmin müsahibəni oxuculara təqdim edirik.
- Şakir müəllim, istərdik söhbətimizə “Şəms” ansamblının yaranma tarixindən başlayaq. Bu ideya necə formalaşdı?
- “Şəms” ansamblının yaranma ideyası 1978-ci illərə təsadüf edir. Həmin dövrdə orta məktəbdə oxuyurdum və əsasən xarici, rus estrada qruplarını maraqla dinləyirdim. 1978-ci ilin aprel ayında qonşuluğumuza toya gəlmiş xalq artisti Niyaməddin Musayevin yaratdığı “Röya” ansamblının ifasını gördüm. Oradakı milli çalarlar məndə böyük təəssürat yaratdı və məhz həmin an öz estrada qrupumu yaratmaq qərarına gəldim.
- İlk addımlarda hansı çətinliklərlə üzləşdiniz?
- O illərdə estrada musiqisi üçün lazım olan alətləri - bas gitara, ritm gitara, zərb alətləri tapmaq, öyrənmək rayon şəraitində olduqca çətin idi. Fəhlə işləyərək elektroorqan (“ionika”) aldım. Latviyada hərbi xidmət edərkən zavodun nəzdində fəaliyyət göstərən “Krederk” qrupuna qoşuldum. Burada estrada musiqisinin, bas gitaranın, ritm gitaranın sirlərini öyrəndim. Hərbi xidmətdən qayıtdıqdan sonra öyrəndiklərimi həyata keçirməyə başladım. Əsas heyət üç nəfərdən ibarət idi. Mən ansamblın rəhbəri idim. Mərhum Vüqar Yusifov müğənni və zərb alətləri ifaçısı, Xaləddin Qubadov isə bas gitarada müşayiət edirdi. Mən ansamlda hansı musiqi aləti çatışmırsa, onu ifa edirdim. Maraqlısı da o idi ki, bizim yaradıcı heyətin heç biri xüsusi musiqi təhsili almamışdı. Nə müəllimimiz, nə də musiqi məktəbi keçmişimiz var idi. Buna baxmayaraq, uzun illərin zəhməti, səhnə təcrübəsi və sənətə olan sevgimiz bizi peşəkar səviyyəyə gətirdi. Zamanla, müxtəlif məkanlarda musiqi məşqləri keçirdik. 1986-cı ildən etibarən İmişli Dəmiryol Klubunda rəsmi fəaliyyətə başladıq. Beləliklə, bizim uğurlarımız artmağa başladı. Dinləyicilərin sevgisini qazanmaq və tanınmaq bizim üçün ən böyük uğur idi.
- Ansamblın adının “Şəms” seçilməsi haradan qaynaqlanır?
- “Şəms” ərəb mənşəli sözdür və “günəş” deməkdir. Həmin vaxt qrup üçün qısa, yaddaqalan bir ad axtarırdım. Qonşuluğumuzda savadlı bir şəxsin tövsiyəsi ilə bu adı seçdik. Sonradan bu ad həqiqətən də ansamblın taleyinə uyğun gəldi. “Şəms” günəş kimi doğulan ansambla çevrildi.
- Şakir müəllim, repertuarınız necə formalaşırdı? Öz bəstələriniz nə vaxtdan ön plana çıxdı?
- İlk illərdə Türkiyə, Rusiya, Avropa estrada nümunələrindən repertuar topladıq. Zaman keçdikcə bəstəkarlıq fəaliyyətim formalaşdı və bu, mənim əsas peşəmə çevrildi. Mahnılarımı bir çox tanınmış sənətçilər - mərhum Səyyad Əlizadə, Nadir Bayramlı, Afət Fərmanqızı, Zahidə Günəş və digərləri ifa ediblər. Bu gün də müğənnilər repertuarıma müaciət edərək, mahnılarımı oxuyurlar. Repertuarımda müxtəlif janrlarda çoxlu mahnılar var. Onların arasında “Qara zülfün darayım”, “Neyləsin”, “Yar sənlə ayrılanda”, “Firuzə”, “Dağda çiçək sənmisən”, “Dünyadır”, “Unutmayın” kimi mahnılar xüsusilə sevilir.
- Şakir müəllim, yaradıcılığınızda vətənpərvərlik və idman mövzularına da yer vermisiniz. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, repertuarım kifayət qədər rəngarəngdir. Ana, ata, Vətən mövzusunda mahnılarla yanaşı, idman və qəhrəmanlıq ruhunda da mahnılarım var. Məsələn, “İmişli” futbol klubuna həsr olunmuş klipimiz hazırlanıb. Birinci Qarabağ müharibəsində İmişli batalyonuna ithaf etdiyim "Küdrü qartalları" mahnısı da dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Mahnılarımın əksəriyyəti müxtəlif dövrlərdə geniş auditoriya tərəfindən sevilib və bu gün də onları YouTube platformasında dinləmək mümkündür.
- Mahnılarınızdan biri Rusiyanın məşhur “Mosfilm” kinostudiyasının istehsal etdiyi filmdə də istifadə olunub. Bu necə baş verdi?
- 2000-ci ildə yazdığımız mahnılardan biri sonradan 2003-cü ildə “Mosfilm” kinostudiyasının istehsalı olan "Trio" filmində istifadə edildi. Mahnını mərhum Vüqar Yusifov ifa edirdi. Təxminən dörd dəqiqə davam edən mahnının iki dəqiqəlik hissəsi filmdə səsləndirilib. Bu, yaradıcılığımın beynəlxalq layihədə yer alması baxımından yaddaqalan hadisələrdən biridir.
- “Şəms” qrupunu digərlərindən fərqləndirən əsas cəhət nə idi?
- Düşünürəm ki, əsas fərq milli ruhu estrada janrı ilə vəhdətdə təqdim etməyimiz idi. Həmçinin uzun illər eyni ideyaya sadiq qalmağımız və bölgə səviyyəsindən respublika miqyasına yüksəlməyimiz mühüm rol oynadı. 1988-ci ildən etibarən “Şəms” artıq bütün Azərbaycanda tanınırdı, hətta Rusiyanın bir sıra şəhərlərində belə adımız hallanırdı. Xüsusilə Sverdlovsk şəhərində keçirdiyimiz bir neçə aylıq fəaliyyət, televiziya proqramlarında iştirakımız və Birinci Qarabağ müharibəsi dövründə cəbhə bölgələrində verdiyimiz konsertlər yadda qalan anlar sırasındadır. Vətənpərvərlik mövzusunda çoxsaylı mahnılar bəstələmişəm və onların əksəriyyəti televiziya vasitəsilə yayımlanıb. Rəsmi beynəlxalq festivallarda iştirakımız olmasa da, Rusiya şəhərlərində konsert proqramları ilə çıxış etmişik. Onu da qeyd edim ki, 2019-cu ilin mart ayında İmişli Mədəniyyət Sarayında 30 ildən sonra yenidən səhnəyə qayıdaraq son konsertimizi verdik. Həmin konsert kollektivimizin yaradıcılıq fəaliyyətinin yekunu oldu və bununla da konsert fəaliyyətimiz başa çatdı.
- Hazırda yaradıcılıq fəaliyyətiniz hansı mərhələdədir?
- Artıq mahnı bəstələmək peşəmə çevrilib. Şəxsi studiyam var və yaradıcılığımı davam etdirirəm. Düzdür, hazırda tək fəaliyyət göstərirəm. Amma çətinliyə baxmayaraq öz işimdən zövq alıram.
- Şakir müəllim, bu il 65 yaşınız tamam oldu. Geriyə baxanda sizi ən çox qürurlandıran nədir?
- Bu yaxınlarda 65 yaşım tamam oldu. Ömrümün böyük hissəsini musiqiyə həsr etmişəm. Ən böyük qürur duyduğum məqam odur ki, biz estrada musiqisində iz qoyduq, nəsə yaratdıq və bu, yadda qaldı. Gənc istedadlara dəstək verməyə hər zaman hazıram. Allah ömür verdikcə, yaradıcılığımı davam etdirəcəyəm.
- Sizi yubileyiniz münasibəti ilə təbrik edir və bundan sonra da yaradıcılıq uğurları arzulayırıq.
- Çox sağ olun.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan komandası Dakar-2026-da 13 idmançı ilə mübarizə aparacaq
Bugün, 11:32 Olimpiya dünyası
-
U-15 dünya çempionatı çərçivəsində iştirakçılar üçün əyləncəli festival keçirilib
Bugün, 11:09 Futbol
-
“Ümid edirik ki, Dakardan medallarla qayıdacağıq”
Bugün, 11:02 Müsahibə
-
Bakıda Dünya Atletikasının dəstəyi ilə seminar keçirilir
Bugün, 10:53 Atletika
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə qayıdıblar
Bugün, 10:48 Güləş
-
“Judo Club 2012” Bakı birinciliyində komanda hesabında qalib oldu
Bugün, 10:27 Cüdo
-
Ölkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib
Bugün, 00:34 Gimnastika
-
Bakı birinciliyinin qalibləri müəyyənləşib
27.10.2026, 20:18 Cüdo
-
Klassiklərimiz dünya çempionatını ikinci pillədə başa vurublar
27.10.2026, 19:42 Güləş
-
Azərbaycan və Hindistan gənclər və idman sahələrində əməkdaşlığı müzakirə ediblər
27.10.2026, 18:00 Olimpiya dünyası
-
Dakar-2026-da Azərbaycan komandasının bayraqdarları müəyyənləşib
27.10.2026, 14:41 Olimpiya dünyası
-
Beynəlxalq elmi simpoziumda Azərbaycanın güləş platforması yüksək qiymətləndirilib
27.10.2026, 13:13 Güləş
-
Azərbaycan təmsilçisi avrokuboklarda ilk oyununa çıxır
27.10.2026, 11:28 Olimpizm xəbərləri
-
Cüdoçularımız Asiya Kubokunda iştirak edəcəklər
27.10.2026, 11:00 Cüdo
-
"Çempionlarla bir ay" layihəsi çərçivəsində gənc şahmatçılar üçün "ustad dərsləri" keçirilib
27.10.2026, 10:46 Şahmat
-
Bu gün dünya çempionatında Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır
27.10.2026, 10:06 Olimpizm xəbərləri
-
Harri Keyn 2026-cı ildə "Qızıl top"un yubiley mükafatını qazanıb
27.10.2026, 08:42 Futbol
-
Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
26.10.2026, 17:41 Cüdo
-
Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
26.10.2026, 15:12 Velosiped
-
Boksçularımız dünya çempionatında 2 medal qazanıblar
26.10.2026, 13:31 Boks
-
Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar
26.10.2026, 13:22 Olimpiya dünyası
-
Özbəkistan və Azərbaycanın idman nazirləri Respublika Velotrekində olublar
26.10.2026, 13:11 Velosiped
-
Bakıda 200 -dən çox xanım idmançının iştirakı ilə karate seminarı keçirilib
26.10.2026, 12:58 Olimpiya dünyası
-
Stolüstü tennisçimiz beynəlxalq yarışın mükafatçıları sırasında
26.10.2026, 12:47 Tennis
-
Dünya çempionatında növbəti tarixi uğur
25.10.2026, 21:23 Gündəm
-
Eldəniz Əzizli beşinci dəfə dünya çempionu oldu
25.10.2026, 17:58 Gündəm
-
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib
24.10.2026, 22:45 Gündəm
-
İki güləşçimiz dünya çempionatının finalında
24.10.2026, 20:25 Güləş
-
Bakıda FIFA U-15 dünya çempionatına start verilir
24.10.2026, 10:38 Gündəm
-
Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
23.10.2026, 18:36 Gündəm
-
Nenad Laloviç yenidən Dünya Güləş Birliyinin prezidenti seçilib
23.10.2026, 15:53 Güləş
-
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
23.10.2026, 15:42 MOK
-
Əfsanəvi fubol mütəxəssisi Arsen Venger Hövsan Yarış Kompleksində olub
23.10.2026, 14:35 Futbol
-
Basketbol Liqasında IV tura start verilir
23.10.2026, 11:17 Basketbol