İlin ən yaxşılarının adları müəyyənləşdi

İlin ən yaxşılarının adları müəyyənləşdi

"Olimpnews.az" saytı 2015-ci ilin yekunları ilə bağlı idman federasiyaları, klubları, idman cəmiyyətləri arasında sorğu keçirib. Müxtəlif nominasiyalar üzrə keçirilən sorğunun nəticələrinə, uyğun olaraq, qalibləri sizə təqdim edirik.

2015-ci ilin ən yaxşıları

İlin idman hadisəsi
I Avropa Oyunları

İlin idman uğuru
Azərbaycan komandasının Bakı-2015-də ikinci yer tutması

İlin idmançısı
Rəsul Çunayev (yunan-Roma güləşi)

İlin ən fəal federasiyası
Azərbaycan Taekvondo Federasiyası

İlin məşqçisi
Rəşad Məmmədov (Cüdo üzrə gənclərdən ibarət yığma komandanın baş məşqçisi)

İlin idman rekordçusu
Oleq Stepko (İdman gimnastikası yarışlarında göstərdiyi nəticələrinə görə)

İlin idman qarşılaşması
"Qarabağ” – "Anderlext” oyunu (təmsilçimiz 1:0 hesabı ilə qələbə qazandı)

Yarışların keçirilməsinə görə ilin ən yaxşı idman mərkəzi
"Sərhədçi” İdman Olimpiya Mərkəzi

Karatenin inkişafı üzrə ilin federasiyası
Azərbaycan Milli Karate Federasiyası

İlin idman komandası
"Qəbələ” futbol klubu (ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığına görə)

İlin idman tapıntısı
Ayxan Tağızadə (taekvondo)

İlin veteran idmançısı
Fərhad Rəcəbli (cüdo üzrə 6 qat dünya, 4 qat Avropa çempionu)

İlin ən yaxşı Olimpiya Kompleksi
İsmayıllı Olimpiya Kompleksi

İlin yeniyetmə idmançısı
Elnur Cəfərov ("Xəzər Lənkəran” klubu)

İlin idman qurğusu
Bakı Olimpiya Stadionu

İlin legioneri
Riçard Almeyda ("Qarabağ” klubu)

İlin idman hakimi
Əliyar Ağayev (FİFA referisi, Azərbaycanın futbol tarixində ilk dəfə olaraq avroliqanın qrup mərhələsində oyun idarə etdiyinə görə)

İlin idman məktəbi
Respublika Şahmat Məktəbi

İdman Federasiyaları üzrə ilin mətbuat katibi
Pərviz Musayev (Azərbaycan Velosiped İdmanı Federasiyası)

İlin veteran idman yazarı
Tofiq Babanlı

İlin qeyri-Olimpiya növləri üzrə federasiyası
Bodibildinq Federasiyası

İlin idman klubu
"Ocaq Sport idman klubu” İctimai Birliyi

İlin atleti
Nazim Babayev