“Atletikada liderlik və mükəmməllik” proqramı uğurla davam edir

“Atletikada liderlik və mükəmməllik” proqramı uğurla davam edir

Azərbaycan Atletika Federasiyasının Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi LEAP 2017 ("Atletikada liderlik və mükəmməllik” proqramı) çərçivəsində məktəblilər üçün nəzərdə tutulmuş təlimlər davam edir. Məlumat üçün bildirək ki, LEAP 2017 proqramı atletika idman növü vasitəsilə gənc liderlərin yetişdirilməsinə xidmət edir. Növbəti belə təlim 178, 189, 190 və 276 saylı orta ümumtəhsil məktəblərində təşkil edilib. Təlimlərdə 8-10-cu siniflərdən ümumilikdə 100-dən çox məktəbli iştirak edib.

Xatırladaq ki, 2017-ci ildə Londonda keçiriləcək atletika üzrə dünya çempionatının sosial idman irsini təşkil edən LEAP 2017 "UK Sport” və Britaniya Atletika Assosiasiyasının birgə proqramıdır. Layihədə iştirak edən məşqçi-müəllimlərdən ən yaxşısı 2017-ci ildə Londonda keçiriləcək atletika üzrə dünya çempionatında iştirak etmək hüququ qazanacaq.