Rio-2016: Cəbrayıl Həsənovdan asan qələbə

Rio-2016: Cəbrayıl Həsənovdan asan qələbə

Olimpizm xəbərləri

19.08.2016, 17:58

Bu gün Rio-2016-da sərbəst güləş üzrə yarışlara start verilib. Olimpnews.az saytının məlumatına görə, ilk gündə 74 kq da çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Bu çəki dərəcəsində ölkəmizi Cəbrayıl Həsənov təmsil edir.
C. Həsənov da mübarizəyə komanda yoldaşı kimi 1/8 finaldan başlayıb. Avropa çempionumuz kolumbiyalı Karlos Arturo İzkierdo Mendeslə gücünü yoxlayıb. Döyüş həmyerlimiz üçün asan keçib. Cəbrayıl cütün taleyini ilk hissədəcə həll edib - 10:0.
Qeyd edək ki, o, 1/4 finalda Yakob Makaraşvili (Gürcüstan) - Georgi İvanov (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR