Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələri Assosiasiyasının 21-ci Baş Assambleyası öz işinə başlayıb. Olimpnews.az saytının məlumatına görə, Noyabrın 18-dək davam edəcək Assambleyada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov və MOK-un marketinq idarəsinin rəisi Mehman Kərimov iştirak edirlər.
Tədbir çərçivəsində təşkilatın gənclər, beynəlxalq əlaqələr, atletlər və marketinq komissiyasının iclasının, həmçinin təşkilatın İcraiyyə Şurasının yığıncağının keçirilməsi nəzərdə tutulur.
Tədbirdə Milli Olimpiya Komitələri Assosiasiyasının 22-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı da açıqlanacaq.