«Araz İdman Klubu»

«Araz İdman Klubu»


Bakının Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkün ailələri üçün salınmış yeni məhəllələrin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yaradılan şəraitlə tanış olduqdan sonra «Araz» İdman klubunun üzvlərinin nümunəvi çıxışlarını izləyib. Ölkə başçısı karateçilərə uğurlar arzulayıb və görüş zamanı xatirə şəkli çəkilib. Qeyd edək ki, «Araz» İK ölkəmizin fəal idman klublarından biridir. Burada karatenin kontakt və yarım-kontakt növləri üzrə yüzlərlə idmançı məşq edir. Klubun idmançıları dünya və Avropa çempionatları kimi mötəbər yarışlarda fərqlənirlər.