Nigar Mirzəzadə: "Bu qələbə mənim üçün bir təkan olacaq"

Nigar Mirzəzadə: "Bu qələbə mənim üçün bir təkan olacaq"

Yarışlar çox çətin keçdi. Medal qazanmaq üçün bütün gücümü səfərbər etdim və sonda mükafatçılar sırasında yer aldım. Bu sözləri olimpiyadunyasi.com saytına açıqlamasında Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının bürünc mükafatçısı Nigar Mirzəzadə (65 kq) deyib. 
"Əsas məqsədim qızıl medal qazanmaq idi. Lakin alınmadı. Fikrimcə, bürünc medal qazanmaq da pis nəticə deyil. Bu mənim beynəlxalq arenada ilk böyük uğurumdur. Bu qələbə mənim üçün bir təkan olacaq. Qarşıda bizi dünya çempionatı gözləyir. Çalisacağam ki, həmin yarışda da mükafatçılar sırasında yer alim", - deyə Nigar Mirzəzadə bildirib.  
Məlumat üçün bildirək ki, Nigar Mirzəzadə 65 kq çəki dərəcəsində Avropa Gənclər Olimpiya Festivalının bürünc medalına sahib çıxıb.