Azərbaycan komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə çempionatında daha bİr medal qazanıb.
Olimpnews.az xəbər verir ki, yarışların ilk günündə Turan Bayramov mükafatçılar sırasında yer alıb. 66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə rusiyalı Abdullah Parçiyevə qalib gələrək bürünc medala layiq görülüb.
Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Balabəy Ağayevə qalib gələrək bürünc medal qazanmışdı.
Beləliklə, cüdoçularımız ilk yarış gününü iki bürünc medalla başa vurub.
Aprelin 19-dək davam edəcək Avropa çempionatında 15 cüdoçumuz mübarizə aparır.
Avropa çempionatı: Cüdoçularımız ilk yarış gününü iki medalla başa vurdular


