Aprelin 16-18-də kayak və kanoe üzrə gənclərdən ibarət yığma komandamız Türkiyənin Adana şəhərində keçiriləcək “Bahar Kuboku” beynəlxalq reqatasında iştirak edəcək.
Olimpnews.az xəbər verir ki, bu barədə Azərbaycan Su İdmanı Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Yarışlarda Azərbaycan Su İdman Növləri Federasiyası Qurban Sadıqlının məşqçiliyi ilə 7 nəfərlik heyətlə mübarizə aparacaq.
Elmir Tarverdiyev, Mustafa Vəlizadə, Qiyas Əhmədov, Tengiz Qaqnidze kayak qayığında, Hüseyn Səmədli, Vaqif Mustafazadə, Fəxri Sadıqlı isə kanoe növü üzrə mükafatçılar sırasına düşməyə çalışacaq.


