Misli Premyer Liqasında XXVIII tura start verilir

Misli Premyer Liqasında XXVIII tura start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun oyunlarına start verilib. 

Olimpnews.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq. Turun açılış qarşılaşması Sumqayıtdakı "SOCAR Polymer Arena"da "Turan Tovuz" və "Araz-Naxçıvan" komandaları arasında olacaq. Oyunun start fiti saat 17:00-da səslənəcək. Tovuz təmsilçisi 52 xalla üçüncü, Naxçıvan klubu isə 39 xalla altıncıdır. 

Günün ikinci qarşılaşması isə "Zirə" İdman Kompleksinin stadionunda keçiriləcək. "Zirə" klubu doğma meydanda "Neftçi"ni qəbul edəcək. Oyun saat 19:30-da başlayacaq. "Zirə" 44 xalla dördüncü, "Neftçi" isə 43 xalla beşinci pillədə yer alıb.