Sərbəst güləşçilər açıq kubok yarışında mübarizə aparırlar

Sərbəst güləşçilər açıq kubok yarışında mübarizə aparırlar

Avqustun 10-da Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilmiş sərbəst güləş üzrə açıq kubok yarışı start götürüb. "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda ölkənin bütün bölgələrindən 30-dan çox komandanın heyətində 250-dək yeniyetmə güləşçi mübarizə aparır. İki gün davam edəcək turnirdə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.