Pəhləvanlarımız dünya çempionatına hazırlaşırlar

Pəhləvanlarımız dünya çempionatına hazırlaşırlar

Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək. İlin ən mühüm yarışı olan dünya çempionatı Tokio-2020-yə lisenziya xarakteri daşıyır. Bu baxımdan yığmalarımız mundiala intensiv şəkildə hazırlığını davam etdirir. Yunan-Roma və sərbəst güləş üzrə millilərimiz Göygöl Olimpiya İdman Kompleksində yarışlara hazırlaşırlar. Bu toplanışda Qırğızıstanın yunan-Roma güləşi üzrə yığması da iştirak edir. Qadınlardan ibarət yığmamız isə yarışlara Türkiyədə hazırlaşır. Komandamız Türkiyə yığması ilə birgə Sarıyer şəhərində hazırlıq keçir.
Qeyd edək ki, sərbəst və qadın güləşçilərimizin toplanışı avqustun 24-dək, yunan-Roma güləşçilərimizin hazırlıq prosesi isə ayın 30-dək davam edəcək.