Güləşçilərimizin rəqibləri məlumdur

Güləşçilərimizin rəqibləri məlumdur


Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
Çempionatın üçüncü günündə - sentyabrın 16-da yunan-Roma güləşi üzrə son 3 çəkidə - 60, 77 və 130 kiloqramda mübarizəyə start veriləcək.
Sentyabrın 15-də həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib. Belə ki, Taleh Məmmədov (60 kiloqram) bolqarıstanlı İva Serafimov Angelov, Elvin Mürsəliyev (77 kiloqram) Gürcüstan təmsilçisi Gela Bolkvadze, Beka Kandelaki (130 kiloqram) isə belaruslu Pavel Rudaku ilə qarşılaşacaq.
Çempionatın ikinci günündə yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.