VII açıq respublika turnirinə yekun vurulub

VII açıq respublika turnirinə yekun vurulub

Oktyabrın 6-da Şamaxıda Əməkdar bədən tərbiyəsi və idman xadimi Oleq Krapivinin şərəfinə keçirilən sərbəst güləş üzrə VII açıq respublika
turnirinə yekun vurulub. Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan ənənəvi yarışda 2003-2004-cü illər təvəllüdlü yeniyetmə pəhləvanlar 10 çəki dərəsində mübarizə aparıblar.
Turnirdə Azərbaycan, Rusiya, İran, Ukrayna, Gürcüstan, Qazaxıstan və Qırğızıstandan ümumilikdə 350-dən çox güləşçi qüvvəsini sınayıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Şərif Ulu Bilal (45 kq, Qırğızıstan), Elşən Babayev (48 kq, Azərbaycan), Əbdülrəhman İbrahimov (51 kq, Azərbaycan), Əli Qolizadeqav (55 kq, İran), Məmməd Əhmədov (60 kq, Azərbaycan), Əhməd Zaburbekov (65 kq, Rusiya), Osman Mintulayev (71 kq, Rusiya), Əmirəli Sabuteh (80 kq, İran), Xəlil Allahverdiyev (92 kq, Azərbaycan) və Səid-Hüseyn Əhmədov (110 kq, Rusiya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, komanda hesabında Azərbaycan birinci, İran ikinci, Rusiya isə üçüncü yeri tutublar.