Astaralı idmançılar Rusiyada qələbə qazanıb

Astaralı idmançılar Rusiyada qələbə qazanıb


Rusiyanın Vladivastok şəhərində sərbəst güləş üzrə Q.A.Asaliyevin xatirəsinə həsr olunmuş 4-cü Ümumrusiya turniri keçirilib.
Yarışda Azərbaycan yığmasının tərkibində astaralı idmançılar da iştirak ediblər. İdmançılarımızdan Ramiq Heybətov ( 57 kq ) və Musa Ağayev (52 kq) turnirin qalibi olublar.
Musa Ağayev həmçinin "Ən yaxşı texnikaya görə” xüsusi kubokla mükafatlandırılıb.
İdmançılarımızı yarışa Əməkdar məşqçi Məhərrəm Ağayev və məşqçi Samir İmaməliyev hazırlayıb.

Rufan Şirinov,
Astara RGİİ-in aparıcı məsləhətçisi