Məşhur futbolçu gücünü güləş yarışında sınayacaq

Məşhur futbolçu gücünü güləş yarışında sınayacaq

Türkiyənin "Antalyaspor" klubunun futbolçusu Lukas Podolski güləşdə də qüvvəsini sınayacaq.

Polşa əsilli almaniyalı hücumçu yağlı güləşin baş pəhləvanı Ali Gürbüzlə qarşılaşacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bunu klubun mətbuat xidmətinin rəhbəri Murad Süylün yerli mətbuata açıqlamasında bildrib. O, bu ideyanın "Antalyaspor"un prezidenti Ali Şafak Öztürkdən gəldiyini deyib.
Duelin koronavirus pandemiyası başa çatdıqdan sonra baş tutacağı bildirilib.
Qeyd edək ki, "Antalyaspor"dan əvvəl Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Podolski sözügedən ölkədə sumo güləşi ilə də məşğul olub.